Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:39

'The Washington Post': Rusiya Çinlə Krıma sualtı tunel çəkilməsi barədə məxfi danışıqlar aparır


Krım körpüsü
Krım körpüsü

Rusiya öz ərazisindən ilhaq etdiyi Krım yarımadasına sualtı tunelin çəkilməsinə dair Çin tərəfi ilə danışıqlar aparır.

Hazırda Rusiya ilə Krımı birləşdirən Kerç körpüsü Ukraynanın raket zərbələrinə məruz qalır.

The Washington Post yazır ki, bu barədə məlumatı Ukrayna kəşfiyyatı ələ keçirib.

Qəzetin yazdığına görə bu tunelin tikintisinə dair danışıqlara artıq başlanıb və Ukrayna xüsusi xidmətlərinin ələ keçirdiyi məlumatda bu məqsədlə yaradılmış Rusiya-Çin konsorsiumunun Sevastopolda qeydiyyatdan keçirildiyi bildirilir.

Kerç boğazının altından keçəcəyi deyilən tunelin tikintisi barədə danışıqlarda Çinin dövlət dəmir yolu tikintisi şirkəti - CRCC də iştirak edir.

WP jurnalistlərinin əldə etdikləri məlumata görə CRCC Krım regionunda “istənilən mürəkkəb şəraitdə” dəmir və avtomobil yollarının çəkişinə hazır olduğunu bildirib.

Elektron məktublar

Ukrayna xüsusi xidmətlərinin əlinə keçən elektron məktublaşmadan bu da məlum olub ki, CRCC bu layihədə tam məxfiliyə əməl olunması və bütün müqavilə sənədlərində şirkətin başqa adla qeyd olunması şərtilə iştirak etməyə razılıq verib.

Məqalədə deyilir ki, bu elektron məktublarından birində adı keçən Çin bankı konsorsiumun layihələrində iştirak etmək arzusunu, habelə şirkətlər üçün dollarları rubla konvertasiya edə biləcəyini bildirir.

Sənədlərdə Rusiya-Çin konsorsiumunun rəhbəri olaraq Vladimir Kalyujnının adı çəkilir.

Rusiya prezidentinin Krımdakı daimi nümayəndəsi Georgi Muradova göndərdiyi elektron məktubda Kalyujnı yazır ki, onda “Çinin ən böyük şirkətlərindən biri olan CRCC-dəki partnyorlarımızın” tunelin tikintisində baş podratçı olmaq aruzusunun bildirildiyi məktub var.

Qəzet yazır ki, nə Kalyujnı, nə də Muradov onun sorğularına cavab verməyiblər.

Ekspertlər nə deyirlər

The Washington Post qəzetinə şərhində dünyanın bir neçə ən böyük tunelinin tikintisində iştirak etmiş mühəndis deyib ki, Kerç boğazının altından tunelin çəkilməsi ən azı 5 milyard dollara başa gələcək və bu, Rusiya hərbçilərindən təkcə boğazın yox, həm də istehsalat obyektlərinin müdafiəsini tələb edəcək.

Qəzetin müraciət etdiyi ekspertlər bildiriblər ki, tunelin tikintisini tez başa çatdırmaq mümkün olmayacaq və bu, Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etməyəcək.

Amerika ekspertlərinin fikrincə tunel tikintisi hətta dinc vaxtlarda da mürəkkəıb olan qurğudur və müharibə şəraitində indiyədək cəbhə xəttinin belə yaxınlığında bu qədər böyük tikinti aparılmayıb.

Bu da qeyd olunur ki, layihədə iştirakı Çin üçün də təhlükələr yaradılr, belə ki, Krımda iş görən xarici şirkətlər Aİ və ABŞ-ın sanksiyalarına tuş gələ bilər.

Pekin rəsmən Krımın ilhaqını tanımayıb.

WP yazır ki, Moskva bu layihəni yalnız uzunmüddətli investisya hesab edə bilər.

Putin “istifadə olunmur” desə də...

2020-ci ildə açılmış Krım körpüsü ilhaq olunmuş Krımı Rusiya ərazisi ilə birləşdirir.

Krım körpüsündə ilk partlayış 2022-ci ilin oktyabrında, ikici partlayış isə bu ilin 17 iyulunda gecə baş verib.

Rusiya hərbçləri Krım körpüsündən yarımadadakı hərbi birləşmələrin təchizatı üçün istifadə edirlər.

Bu körpüdən zirehli texnika daşıyan qatarların keçməsini görüntüləyən foto və videolar dəfələrlə Rusiya Müdafiə Nazirliyinin saytlarında yerləşdirilib.

Halbuki Putin bu körpüdən xeyli vaxtdır hərbi məqsədlərlə istifadə olunmadığını bəyan etmişdi.

XS
SM
MD
LG