Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:52

Nazir: «Rusiya mərhələli həll təklif edib»


S.Lavrov və E.Məmmədyarov
S.Lavrov və E.Məmmədyarov

-

«Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktivliyi aysberq kimidir».

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsindən bəhs edərkən deyib.

*Youtube Kanalımıza abunə ola bilərsiz

Nazir bildirib ki, hər kəs aysberqin üst tərəfini görür: «Amma bunun aşağı tərəfi də var. Məsələni açıqlamaq tezdir. Bəzi maraqlı fikirlər söyləyiblər. Yenə də hamısı «Yenilənmiş Madrid prinsipləri» əsasındadır. Rusiyanın təkliflər irəli sürməsi bizim üçün də maraqlıdır. Rusiya bizə mərhələli şəkildə həll təklif edib. Amma ilk növbədə ermənilər işğal olunmuş Azərbaycan torpaqlarından çəkilməlidir».

Nazir Rusiyanın ATƏT-dəki nümayəndəliyinin Azərbaycanın həmin qurumdakı nümayəndəliyinə aprelin 12-də nota verməsi məsələsinə də aydınlıq gətirib:

«1994-1995-ci illərdə atəşkəslə bağlı anlaşmalar var idi. Atəşkəs apreldə pozulanda, Azərbaycan bəyan etdi ki, Ermənistanın hərəkəti bu anlaşmaları sual altında qoyur. Rusiya tərəfi və həmsədrlər də bizə bildirdilər ki, 1994-1995-ci illər atəşkəs anlaşmalarını tam dəstəkləyirlər. Bildiyiniz kimi, atəşkəsin yeni mərhələsi Moskvada razılaşdırılıb. Biz də düşünürük ki, atəşkəsin gücləndirilməsi mühüm məsələdir. Müharibə yolu ilə məsələni həll etmək olmaz. Biz həmişə deyirik ki, sülh danışıqlarının tərəfdarıyıq. Amma nəticə olmalıdır. Bu, o demək deyil ki, daha 25 il danışıqlar aparmalıyıq. Biz deyirik ki, hansı yolla olur olsun, amma irəli gedək».

XS
SM
MD
LG