Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:01

Rusiya dövlət televiziyasının müxbiri Belarusdan qovulub


ORT telekanalının iqamətgahı - Ostankino teleqülləsi
ORT telekanalının iqamətgahı - Ostankino teleqülləsi

Belarusun Xarici İşlər Nazirliyi Rusiya dövlət televiziyası 1-ci kanalının çəkiliş qrupunu akkreditasiyadan məhrum edib.

Rusiyanın RIA Novosti xəbər agentliyi diqqəti belə bir məqama çəkir ki, bu hadisə Belarusda koronavirus epidemiyası ilə bağlı vəziyyət barədə süjet efirə getdikdən sonra baş verib.

Belarus-1 telekanalının xəbəri şərh edən müxbiri deyib ki, “Belarus suveren bir ölkə kimi öz vətəndaşlarını təkcə tibbi baxımdan yox, həm də informasiya təhlükəsizliyi baxımından qorumaq haqqına malikdir”.

Şərhçi deyib ki, Rusiyanın 1-ci kanalının sözü gedən reportajında “7 saxta məlumat” olub.

Müxbir deportasiya edilib

Belarusun tut.by saytı ölkə Xarici İşlər Nazirliyinin sözçüsü Anatoly Glaz-a istinadən xəbər verir ki, Rusiya 1 kanalının müxbiri Aleksey Kruchinin-in akkreditasiyasının ləğvi barədə qərar mayın 6-da qəbul olunub.

Bu da deyilir ki, çəkiliş qrupunun adı çəkilməyən başqa bir üzvünün də akkreditasiyası ləğv edilib.

Rusiya 1-ci telekanalı RBK agentliyinə bildirib ki, Kruchinin artıq Belarus ərazisindən çıxarılıb.

Kanalın sözçüsü deyib ki, Belarus hakimiyyət orqanlarının bu hərəkəti tamamilə “əsassızdır”.

Kruchinin indiyədək Belarusda koronavirus epidemiyası barədə bir neçə reportaj hazırlayıb. Bu reportajlarda Belarusda COVID-19-a həm yoluxma, həm də bu xəstəlikdən ölüm hallarının kəskin artdığı bildirilirdi.

Bundan əvvəl Rusiya televiziyasının reportajlarını Belarus xarici işlər naziri Vladimir Makey tənqid etmişdi.

Bu reportajlarda bildirilirdi ki, Belarusda epidemiyanın miqyasını lazımınca qiymətləndirmirlər və onunla mübarizə üçün heç bir tədbir görmürlər.

Belarus Rusiyaya oxşamaq istəmir

Belarusda pandemiya ilə bağlı ümumölkə karantini elan edilməyib. Müəssisə və mağazalar işləməkdə davam edir. Ölkə prezidenti Alyaksandr Lukashenka deyib ki, Belarusda “koronavirusdan heç kim ölməyib və ölməyəcək”.

Lakin rəsmi rəqəmlərə görə Belarusda indiyədək COVID-19 virusuna 20 minədək insan yoluxub və 112 nəfər vəfat edib.

Lukashenka dəfələrlə bəyan etmişdi ki, onuin ölkəsi Rusiyadakına bənzər koronavirus karantininə heç vaxt getməyəcək.

Əksinə Belarus mayın 9-da Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünü parad və nümayişlə qeyd etməyi planlaşdırır.

Rusiya prezidenti Vladimir Putin epidemioloji vəziyyətlə bağlı 9 may paradını ləğv edib.

XS
SM
MD
LG