Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:41

Rusiya Azərbaycanın notasına cavab verdi


Rusiyanın Ermənistana satacağı silahlardan - "Smerç"
Rusiyanın Ermənistana satacağı silahlardan - "Smerç"

-

Rusiya Azərbaycanın notasına cavab verib.

Azərbaycan Ermənistana 200 milyon dollar dəyərində silah satılmasına etiraz etmişdi.

Rusiya Xarici İşlər Nazirliyindən Mariya Zaxarova Ermənistana silah satışının regionda sabit vəziyyətin saxlanılmasının vacibliyi nəzərə alınmaqla həyata keçirildiyini deyib:

“Rusiya tərəfindən Ermənistana və dost Azərbaycana istənilən silah tədarükü regionda sabit vəziyyətin saxlanmasının vacibliyi nəzərə alınmaqla dəqiq həyata keçirilir” - deyə M.Zaxarova bildirib.

Xəbəri Trend yayıb.

Azərbaycan Rusiyaya bir gün əvvəl nota vermişdi.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

Notada silah və hərbi texnikanın alınmasını nəzərdə tutan 200 milyon ABŞ dolları məbləğində kreditin verilməsinə dair iki ölkə arasında bağlanan sazişin qüvvəyə minməsi tənqid olunurdu. Həmin saziş fevralın 10-da qüvvəyə minmişdi. (Satılan silahların siyahısı və xarakteristikası)

Buna da bax...

30 illiyə istifadəyə verilən Bakı-Sumqayıt yolu 5 il sonra...
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

XS
SM
MD
LG