Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:02

Rusofobları Rusiyaya buraxmaya bilərlər


Arxiv fotosu
Arxiv fotosu

Ötən həftə Azərbaycanın Belarusda keçmiş səfiri İsfəndiyar Vahabzadənin Rusiyaya girişinə 50 illiyə qadağa qoyulub

Vahid Rusiya partiyası rusofobların Rusiyaya girişini qadağan edən qanun layihəsi hazırlayıb. Bu haqda özünün Telegram kanalında Dövlət Dumasının deputatı, partiyanın Ali Şurasının katib müavini Aleksandr Xinşteyn məlumat yayıb.

Qadağa kimlər üçündür?

Deputatın sözlərinə görə, sənəddə vətəndaşlığı olmayan bu şəxslər üçün Rusyaya girişin yasaqlanması nəzərdə tutulur:

  • Nifrət, ədavət oyadanlar, insanları milli, irqi, dini, dil zəminində alçaldanlar;
  • Vətənin müdafiəçilərinin xatirəsini təhqir edənlər, Böyük Vətən Müharibəsinin (2-ci Dünya Müharibəsi) veteranlarının şərəf və ləyaqətini alçaldanlar, Rusiyanın hərbi şöhrət simvollarını, hərbi məzarlıq və abidələri təhqir edənlər və ziyan vuranlar;
  • Böyük Vətən Müharibəsi illərində SSRİ-nin fəaliyyəti haqda yalan informasiya yayanlar;
  • Nasist, yaxud ekstremist atribut və ya simvolikanı təbliğ, nümayiş edənlər, hazırlayanlar;
  • Nasistlərin çıxışlarını bəyənənlər.

Dəyişikliklərin “Rusiya Federasiyasından çıxış və giriş” haqda federal qanuna olunacaq. Deputatın sözlərinə görə, Daxili İşlər Nazirliyi (DİN) layihəni dəstəkləyib.

Xinşteynin sözlərinə görə, “sənəd postsovet məkanında açıq rusofobiyanın yayılmasına cavab olaraq hazırlanıb”. O, söhbətin konkret nədən getdiyini açıqlamayıb.

İlham Əliyevin son bəyanatları Yerevanda necə qarşılandı
Gözlə

No media source currently available

0:00 0:15:04 0:00

Nə baş verib?

Ötən həftə DİN Azərbaycanın Belarusda keçmiş səfiri İsfəndiyar Vahabzadənin ölkəyə girişini 50 illiyə yasaqlayıb. Qadağa internetdə “millətlərarası ədavəti qızışdırmaq”la izah olunub . Vahabzadə Kanal 13-ün efirində Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskini və rus xalqını təhqir edib. Vahabzadə bununla Jirinovskinin illər öncə Azərbaycan xalqının ünvanına təhqiredici sözlərinə cavab verdiyini deyib.

Avqustun əvvəlində isə Azərbaycan Rusiyaya Jirinovskinin Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli, təhqiramiz fikirləri ilə bağlı nota verib.

Bu günlərdə Qazaxıstandakı dil patrullarının təşkilatçısı Kuat Ahmedovun Rusiyaya girişi də 50 illiyə qadağan edilib.

XS
SM
MD
LG