Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 07:04

Ukraynada dinc sakinlər arasında ölənlərin olduğu deyilir


Ukraynanın şərqi
Ukraynanın şərqi

Ötən gün Ukrayna qüvvələri şərqi Donetsk vilayətinə Rusiyanın bir neçə hücum dalğasını dəf edib. İki cənub rayonuna Moskvanın raket və havadan zərbələri isə dinc sakinlər arasında ölümə səbəb olub, infrastruktura ziyan dəyib.

Baş Qərargahın məlumatına görə, son 24 saat ərzində Rusiya qüvvələri Zaporojye və Mikolayev vilayətlərinə iki şəhərinə S-300 havadan müdafiə sustemlərindən 23 raket zərbəsi, həmçinin 42 havadan zərbə endiriblər. Dinc sakinlər arasında ölən və yaralanan olduğu, şəxsi yaşayış binalarına, təhsil ocaqlarına, xəstəxana, kilsələrə ziyan dəydiyi bildirilir.

Gün ərzində Ukraynanın şərqinə Rusiya qüvvələrinin azı 60 zərbəsinin qarşısı alınıb.

Aylardır ağır döyüşlərin getdiyi Baxmut və Avdiyevka sənaye şərqində savaşın episentri olaraq qalır, ordu bildirir.

Rusiya 7 britaniyalı döyüşçünün öldürüldüyünü deyir

Rusiyanın Müdafiə Nazirliyi Vaqner muzdlu qrupu döyüşçülərinin Baxmutda daha iki yaşayış massivini tutduğunu bildirsə də, bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Nazirlik həmçinin “Ukrayna Silahlı Qüvvələrinin istehkamı”na hücumda yeddi britaniyalı muzdlunun öldürüldüyünü bildirib. Nazirlik bu iddia olunan ölümlər, döyüşün yeri barədə detalları açıqlamayıb.

Bu məlumatı nə Britaniya Müdafiə Nazirliyi, nə də Britaniya hökuməti şərh edib.

Aprelin 16-da – pravoslav xristianların Pasxa bayramı günü Rusiya və Ukrayna arasında əsir mübadiləsi çərçivəsində 130 ukraynalı əsir azad olunub. Məlumatı Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbəri Andrey Yermak açıqlayıb, ancaq “böyük Pasxa mübadiləsi” çərçivəsində neçə rusiyalının buraxıldığını söyləməyib.

Ötən həftə 100 ukraynalı əsirlə 106 rusiyalı dəyişdirilmişdi.

XS
SM
MD
LG