Xarkov şiddətli raket atəşinə tutulur
Fevralın 28-də alınan məlumatlarda deyilir ki, Ukraynanın ikinci böyük şəhəri Xarkov şiddətli raket və artilleriya atəşinə tutulur.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Heraşşenko “onlarca ölü və yüzlərlə yaralı” olduğunu bildirib.
Onun ardınca Xarkovun meri İqor Terexov bir qadının öldüyünü, daha 16 nəfərin yaralandığını xəbər verib.
Heraşşenkonun Facebook səhifəsindən yaydığı məlumatda deyilir ki, şəhər zenit tipli Qrad artilleriya sistemindən atəşə tutulur.
Sosial şəbəkələrdə şəhərin atəşə tutulmasının bəzi görüntüləri yayılıb.
Tanınmış rusiyalılar mühacirətdə antimüharibə komitəsi yaratdılar
Qrup dünya ictimaiyyətini beynəlxalq hüququ pozanlara qarşı prinsipial mövqe tutmağa çağırıb. Ətraflı
Danışıqlar başladı
Belarusun Qomel vilayətində Rusiya-Ukrayna danışıqları başlanıb. Danışıqlar ilkin şərtsiz keçirilir, hazırda döyüş əməliyyatları davam edir. Ətraflı
Ukraynada döyüşlər davam edir
Rusiyaya qarşı beynəlxalq sanksiyalar isə daha da sərtləşdirilir.