Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 20:30
Kiyev, 26 fevral 2022
Kiyev, 26 fevral 2022

Rusiyanın Ukraynaya təcavüzünün 4-cü günü

  • Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.

Rusiyanın Ukraynaya hücumunun birinci günü haqda burada oxu

Latviya və Litva da Rusiya təyyarələri üçün hava məkanını bağlayır

Latviya ilə Estoniya hava məkanını Rusiya təyyarələri üçün bağlayır. Bundan əvvəl Çexiya, Polşa və Bolqarıstan da eyni addımı atıb.

Həmçinin Böyük Britaniyanın baş naziri Boris Conson da “Aeroflot” aviaşirkətinə qarşı sanksiyaların tətbiq edildiyini açıqlayıb.

Bir neçə yaşayış məntəqəsini Ruisya hərbçiləri işğal edib

Rus hərbçiləri Luqanskaya, Krımskoye və Markovka kəndlərini işğal ediblər.

Bu barədə Luqansk vilayəti dövlət administrasiyasının sədri Sergey Qayday məlumat verib. O, Severdonetsknin müdafiəyə hazırlaşdığını deyib. Bütün yaşayış məntəqələrində səlahiyyətlilərin yerində olduğunu administrasiya rəhbəri vətəndaşlardan xahiş edib ki, sığınacaqlarda qalsınlar. O, vəziyyətin hər an dəyişə biləcəyini vurğulayıb.

Ukrayna MAQATE-yə müraciət edib

Ukrayna MAQATE-dən Rusiyanın nüvə texnologiyalarına qarşı sanksiyalar tətbiq etməyi və nüvə ehtiyatlarının beynəlxalq auditini aparmağı xahiş edir. Bu barədə "Energoreforma" xəbər verir.

Beynəlxalq təşkilatların Ukraynadakı daimi nümayəndəliyi (Vyana) Çernobıl AES-in Rusiya silahlı qüvvələri tərəfindən ələ keçirilməsi barədə MAQATE-yə məlumat verib. Ukrayna MAQATE-dən Rusiya Federasiyasının hərəkətlərinə nəzarət etmək üçün xüsusi işçi qrupu yaratmağı xahiş edir, çünki onun "Ukraynaya qarşı təcavüzü və Çernobıldakı fəaliyyətlər mövcud təhlükəsizlik rejimlərinin effektivliyinə şübhə etməyə əsas verir".

Çernobıl Atom Elektrik Stansiyası fevralın 24-dən Rusiya hərbçilərinin nəzarətindədir.

Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev Rusiyanın AŞPA-dakı üzvlüyünün dayandırılmasından sonra cinayətkarlar üçün edam cəzasının qaytarılmasını təklif edib.

Bu barədə o, VKontakte səhifəsində yazıb.

Dmitri Medvedev, arxiv foto
Dmitri Medvedev, arxiv foto

"Vəhşi ədalətsizlik. Qapını çırpmaq və bu mənasız sədəqələri həmişəlik unutmaq üçün yaxşı səbəb olsa da, bu, ən təhlükəli cinayətkarlar üçün ölüm hökmü kimi bir sıra mühüm qurumları bərpa etmək üçün yaxşı fürsətdir", - o, Avropa Şurasının Rusiya ilə bağlı qərarına belə reaksiya verib.

Amma Rusiyalı senator Andrey Klişas Medvedevin bəyanatına cavab olaraq Rusiyada ölüm hökmünə qoyulan moratoriumun qüvvədə qalacağını bildirib.

Davamı

XS
SM
MD
LG