Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 00:41

Rusiya XİN ‘yəhudi söhbətini’ uzadır


Sergey Lavrov
Sergey Lavrov

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrail hökuməti “Kiyevdəki neonasist rejimin” dəstəklənməsi kursu yürüdür

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrail hökuməti “Kiyevdəki neonasist rejimin” dəstəklənməsi kursu yürüdür.

Bu bəyanatda İsrailin xarici işlər naziri Yayir Lapidin Holokost zamanı yəhudilərin özlərini öldürmədiklərinə dair bəyanatı “antitarixi” adlandırılır.

Rusiya XİN-in bu bəyanatı nazirliyin rəsmi Twitter hesabında yerləşdirilib.

Rusiya XİN-in məlumatında II Dünya Müharibəsi zamanı yəhudilərin nasistlərlə əməkdaşlığına iki misal gətirilir.

Bu məlumatlardan belə bir nəticəyə gəlinir ki, Volodimir Zelenskinin neonasist ölkənin prezidenti olması mümkündür.

Bundan başqa Rusiya XİN yəhudi kökənli Latviya prezindeti Egils Levitsi də neonasizmdə ittiham edir.

Rusiya XİN də tarixi araşdırma aparır

Bəyanatda deyilir ki, yəhudilərin nasistlərə dəstək verməsi “marginal fenomendir”, amma bu mövzu qadağan deyil və “tədqiqat predmetidir”.

Sənəddə İsrail qəzetindəki bir yazıya istinad edilir:

"Polşanın baş naziri Mateuş Moravetski deyir ki, Holokostun həyata keçirilməsinə kömək edənlər arasında polyaklar, ruslar, ukraynalılar və almanlarla yanaşı yəhudilər də olublar. İsrail tarixçiləri deyirlər ki, bu, qatillərlə onların qurbanları arasında sərhədin silinməsinə xidmət edən kampaniyanın bir hissəsidir”.

Rusiya XİN bununla da kifayətlənmir:

"Əgər II Dünya Müharibəsində bəzi yəhudilər cinayətlərdə məcburən iştirak ediblərsə, amma öz kökləri ilə spekulyasiya edən Zelenski bunu tamamilə şüurlu və könüllü şəkildə edir”.

Rusiya XİN iddia edir ki, “Ukrayna prezidenti öz mənşəyinin altında gizlənir və öz xalqının cəlladlarını da bununla gizlədir”.

Rusiyanın müharibə bəhanəsi

Mayın 2-də İsrail siyasətçiləri, rəsmiləri və ictimai xadimləri Rusiya xarici işlər naziri Sergey Lavrovun yəhudilər barədə bəyanatına etiraz etmişdilər.

Sergey Lavrov demişdi ki, nasist Almaniyasının füreri Adolf Hitlerin də yəhudi kökləri ola bilərdi.

Nazirin bu iddiası tarixi faktlarla təsdiqlənmir.

Lavrov habelə iddia etmişdi ki, ən qatı antisemitlərin arasında çox sayda yəhudi olub.

İsraildə Lavrovun bu bəyanatı hiddətlə qarşılanıb, antisemitizm və iqrçilik nümunəsi kimi pislənib.

Rusiya Ukraynaya qarşı təcavüzünü guya bu ölkəyə neonasistlərin rəhbərlik etməsi ilə əsaslandırmağa çalışır.

Prezident Zelenski ukrayn-yəhudi ailəsində doğulub və bəyanatlarında bu faktı dəfələrlə vurğulayaraq nasizmə qarşı olduğuinu bildirib.

İsrail Lavrovun dərhal üzr istəməsini tələb edib.

Buça sakini: Oğlumu əvvəlcə boynundan, sonra isə ürəyindən güllələyiblər
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

“Denasifikasiya Kiyevdə yox, Moskvada olmalıdır”

İsrail hökuməti Rusiya XİN-in bu bəyanatına hələki reaksiya verməyib. Amma Lavrovun mayın 2-də verdiyi bəyanat barədə İsrail mediası çox yazır.

Məsələn elə həmin Haaretz yazır ki, Lavrov Hitler barədə “qrotesk bəyanatları” ilə Rusiyanın təcavüzünə haqq qazandırır və və bütün dünyada antisemitizm alovunu körükləyir.

Qəzetin məqaləsində Amerika Yəhudi Komitəsinin bəyanatından sitat gətirilir:

"Biz dəfələrlə demişik ki, denasifikasiyanı Kiyevdə yox, Moskvada həyata keçirmək zəruridir”.

İsrailin aparıcı mediası bildirir ki, bu qalmaqaldan sonra Moskva ilə İsrail arasında münasibətlər xeyli soyuyacaq.

Jerusalem Post yazır ki, İsrail indiyədək Ukrayna müharibəsində neytrallığını saxlamağa çalışırdısa, bundan sonra buna ehtiyac qalmayacaq.

XS
SM
MD
LG