Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 02:01

Rusiyanın əhalisi iki ildir ki, azalır


Rusiyadakı qəbirstanlıqlardan biri
Rusiyadakı qəbirstanlıqlardan biri

Rusiyanın əhalisi dalbadal iki ildir ki, azalır və miqrant axını bu azalmanın qarşısını ala bilmir.

AzadlıqRadiosunun Rus xidməti Rusiya Statistika İdarəsinə istinadən yazır ki, əhali azalması 2026-cı ilədək artan xətlə davam edəcək.

Rosstatın məlumatında deyilir ki, 2020-ci il, yanvarın 1-ə olan məlumata görə Rusiyanın əhalisi 146 milyon 745 min nəfərdir.

2018-ci ilin əvvəli ilə müqayisədə əhali 35 min 622 nəfər azalıb.

Gələn il azalmanın artacağı gözlənilir.

2009-cu ildən 2017-ci ilədək Rusiya əhalisi artmaqda idi. Lakin 2018-ci ildə son on ildə ilk dəfə olaraq əhali 99 min nəfər azalıb.

2016-cı ildən sürətlənmiş əhali azalmasının əsas səbəbi olaraq təbii artımın azalması göstərilir.

Rusiyanın 85 regionunun 80-də doğuşların azalması müşahidə edilir.

Bu da qeyd olunur ki, hökumətin əhali artımını stimullaşdırmaq cəhdləri fayda vermir, çünki reproduktiv yaşda olan qadınların sayı da azalır.

2019-cu ilin əvvəllərində belə qadınların sayı 35 milyondan çox deyildi.

Rusiya hökuməti 2019-cu ilin aprelində bildirmişdi ki, 2018-ci ilin nəticələrinə görə Rusiyanın hər üç regionundan birində ölümlərin sayı artıb.

2015-ci ilin mayından hökumət Rusiya əhalisinin sayına ilhaq edilmiş Krımın 2 milyonluq əhalisini də qatıb.

Amma yarımada 2014-cü ildə ilhaq ediləndən bəri Krımın əhalisi də 50 min nəfər azalıb.

XS
SM
MD
LG