Azərbaycanda müstəqil ekspertlər də düşünürlər ki, Qarabağda Rusiya sülhməramlılarının statusu müəyyənləşməlidir. Türkiyə də dəfələrlə Rusiyanı sülhməramlıların statusu ilə bağlı razılaşma imzalamağa təşviq edib. Amma hələlik belə bir sənəd mövcud deyil.