Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 01:15

Rusiyada yoluxmalar ‘kritik həddə’ yaxınlaşır


Moskva xəstəxanalarından birində
Moskva xəstəxanalarından birində

Rusiya koronavirus pandemiyasının üçüncü dalğası ilə çarpışır. Paytaxt Moskvada səyyar xəstəxana yenidən açılıb və prezident Vladimir Putin epidemioloji vəziyyətin kəskin pisləşdiyini etiraf edib.

Moskva regionun səhiyyə naziri Svetlana Striqunkova iyun 21-də deyib ki, paytaxtın Patriot bağında fevralın ortalarında bağlanmış səyyar xəstəxana yenidən açılıb.

Burada COVID-19 xəstələrinin yerləşdirilməsi üçün 1420 çarpayı var.

Son bir sutka ərzində ölkədə koronavirusa 17,378 yeni yoluxma və 440 ölüm qeydə alınıb.

Rusiya prezidenti Vladimir Putin iyunun 21-də deyib:

“Təəssüf ki, koronavirus təhlükəsi hələ sovuşmayıb. Bəzi regionlarda vəziyyət kəskin pisləşib”.

Moskva meriyası iyunun 21-də 7584 yeni yoluxma qeydə alındığını bildirib. Bu rəqəm bir gün əvvəl 8305 idi.

Moskva meri Sergey Sobyanin ötən həftə demişdi ki, Rusiya paytaxtında yoluxmalar sürətlə artır və dövlət sektorunda işləyənlərin 60 faizinə məcburu peyvəndləmə tətbiq olunmalıdır.

Sankt Peterburqda

Avropa futbol çempionatının bir neçə matçının keçirildiyi Sankt Peterburq şəhərində də epidemioloji vəziyyət narahatlıq doğurur.

İyunun 20-də Baza saytının Telegram platformasında yaydığı videoda 15 nömrəli xəstəxanada yer çatışmazlığına görə pasientlərin təkərli çarpıyalarda və sadəcə döşəyin üstündə uzandığı görünür.

Sankt Peterburqun hakimiyyət orqanları bildirib ki, avqustun ortalarınadək işçilərin 65 faizi vaksinlənməlidir.

Şəhərdə akvaparklar və əyləncə parkları bağlanıb. Adamlar iştirakçısı 75 nəfərdən çox olan tədbirlərə yalnız koronavirus testinin neqativ nəticəsi ilə qatıla bilərlər.

Kütləvi tədbir iştirakçılarının say limiti 500 nəfərə endirilib.

Yeganə güzəşt Avro 2020 çempionatının keçirildiyi zonalara edilib. Hətta burda da maksimum insan sayının limiti 5000-dən 3000-ədək azalıdılıb.

Ölkənin şimal-qərbindəki Pskov regiounun qubernatoru Maksim Vedyornikov iyunun 21-də bölgədəki COVID-19 vəziyyətini “kritik” adlandırıb:

"Hazırda 10 yaşlı bir uşaq da daxil 97 pasient çox ciddi vəziyyətdədir”.

Rusiyanın federal koronavirus qurumları iyunun 21-də bildiriblər ki, ötən ilin martında pandemiya başlanandan bəri ölkədə koronavirusa 5 milyon 334 min 204 yoluxma, 129 min 801 bir ölüm qeydə alınıb.

Bir çox tənqidçilər hökuməti statistikanı bilərəkdən azaltmaqda ittiham edirlər.

XS
SM
MD
LG