Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 23:57

Rusiyaya işləməyə gedən miqrantların statistikası dərc olunub


Rusiya Federal Təhlükəzizlik Xidmətinin Sərhəd Xidməti son 20 ildə ilk dəfə olaraq işləmək üçün ölkəyə gələnlərin statistikasını dərc edib.

RBK xəbər agentliyi Sərhəd Xidmətinin saytında dərc edilmiş statistik məlumatların icmalını hazırlayıb.

FTX-nin məlumatına görə 2019-cu ilin birinci yarısında Rusiyaya 15 milyon əcnəbi gəllib.

Bura işgüzar səfərlər, turrizm, təhsil, tranzit keçid və başqa məqsədli gəlişlər də daxildir.

Onlardan 2, 4 milyonu Rusiyaya sırf işləmək üçün gəlib.

Rusiyaya işləmək üçün gələn əcnəbilərrin əksəriyyəti MDB ölkələrindəndir.

2019-cu ilin birinci yarısında Rusiyaya işləmək məqsədiilə

Özbəkistandan 918 min nəfər

Tacikistandan 523,9 min nəfər

Qırğızıstandan 265 min nəfər

Ukraynadan 164,6 min nəfər

Qazaxıstandan 105,3 min nəfər gəlib.

Uzaq xaricdən Rusiyaya işləmək üçün gələnlərin sayı xeyli azdır:

Çindən 50,2 min nəfər,

Almaniyadan 10,8 min nəfər,

Türkiyədən 10,2 min nəfər.

2019-cu ilin birinci yarısında işləmək məqsədilə Rusiyaya Britaniyadan 4, 3 min, ABŞ-dan isə 3, 7 min nəfər gəlib.

Bundan əvvəl Rusiyada miqrantlar barədə məlumatları Rosstat dərc edirdi. Lakin bu rəqəmlər DİN-in yerli orqanlarından alınmış məlumatlara əsaslanırdı.

FTX-nin statistikası miqrantların daha çox olduğunu göstərir.

Rusiya Daxili İşlər Nazirliyinin ötənilki məlumatına görə Rusiyada təxminən 15 milyon miqrant yaşayıb və işləyib.

Bunların 4 milyonu Özbəkistan, 2 milyonu Tacikistan, 1.8 milyonu Ukrayna və 1.5 milyonu Çin vətəndaşıdır.

Rusiya Din-in məlumatına görə Qırğızıstandan 900 min miqrant, Ermənistan və Azərbaycandan isə hər biri 630-650 min olmaqla miqrant işləmək üçün gəlib.

XS
SM
MD
LG