Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Qazax dilini öyrənən ruslar. ‘Dərhal danışmağa başlayırlar’


Rus, yoxsa Azərbaycan məktəbində təhsil daha yaxşıdır?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Rus, yoxsa Azərbaycan məktəbində təhsil daha yaxşıdır?

Skalozubov ilk vaxtlar onun dil kursuna ən çoxu 40 nəfərin qoşulacağını düşünürmüş. Aprelin 15-də açılan kursa 300 nəfər maraq göstərib

Qazaxıstanın şimalında əsasən rusdilli Esil şəhərində böyüyən Aleksey Skalozubov heç vaxt ölkəsinin dövlət dili olan qazax dilində danışmağa ehtiyac hiss etməyib. Kənd təsərrüfatı ixtisasına yiyələndiyi universiteti bitirib iş üçün Almatıya köçdükdən sonra da vəziyyət dəyişməyib. Onun yaşadığı mühitdə hər kəs – ailəsi, dostları və müştəriləri rusca danışırdı.

Ancaq 25 yaşlı Skalozubov deyir ki, qazax dilini bilmədiyinə görə özünü yaxşı hiss etməyib. Axı Qazaxıstan onun ailəsinin son üç nəslinin vətənidir.

Dəstək təklifləri

Kimlik, dil və vətənpərvərlik mövzuları Qazaxıstanda Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan sonra yenidən gündəmə gəlib. Bu ölkənin əhalisinin xeyli hissəsi etnik ruslardır.

Skalozubov deyir ki, müharibə eyni zamanda Qazaxıstanda yaşayan rusdillilərin qazax dilini öyrənməyə marağını artırıb. Onun özü fürsətdən yararlanaraq çoxdan arzuladığı pulsuz qazax dili məktəbini açmaq qərarına gəlib və planını ilk dəfə martda sosial mediada paylaşıb.

Bunun ardınca çoxsaylı dəstək təklifləri gəlməyə başlayıb. Bir neçə müəllim də daxil olmaqla könüllülər qazax dilini pulsuz öyrətmək istədiklərini bildiriblər. Gənc sahibkarlar, mədəniyyət mərkəzləri və digər qurumlar öz məkanlarını sinif otağı kimi pulsuz təklif ediblər. Dərs materialları və broşürləri pulsuz çap etməklə bağlı kömək təklif edənlər də olub.

Kursla 300 nəfər maraqlanıb

Skalozubov ilk vaxtlar onun dil kursuna ən çoxu 40 nəfərin qoşulacağını düşünürmüş. Aprelin 15-də açılan kursa 300 nəfər maraq göstərib. Tezliklə “Batıl Bol!” (“Cəsur ol!”) layihəsi Qazaxıstanın digər şəhərlərinə də yayılıb.

Skalozulov layihəsinin görüş yerlərini məktəb, yaxud dərs deyil, “qazax dili klubu” adlandırır. O klubların insanların qazax dilini qeyri-rəsmi mühitdə öyrəndiyi yerə çevrilməsini, gündəlik həyatda işlətdikləri söz və ifadələrə fokuslanmasını istəyir.

Müəllimlik təcrübəsi olmayan Skalozubov özünün qazax dili təcrübəsindən klubun tədris metodu kimi yararlanır. Qazax dili ona məktəbdə və universitetdə keçilib. Bundan başqa, qısa müddət özəl dil dərsləri də alıb. Ancaq “nisbətən güclü söz ehtiyatı toplasa da”, danışmağı öyrənə bilməyib. Çünki məktəblər praktik danışıqdan daha çox qrammatikaya fokuslanıblar.

“İşçilərlə qazax dilində danışmağa çalışırdım”

Skalozubov yalnız 2019-cu ildə Almatının Mərkəzi Məscidi yaxınlığındakı qazaxdilli məhəlləyə köçdükdən sonra qazaxca danışmağa başladığını deyir.

"Oradakı insanların çoxu əsasən dindar etnik qazaxlardır. Tez-tez getdiyim kafelərin işçilərinin də çoxu həm qazaxca, həm də rusca sərbəst danışırdılar. İşçilərlə qazax dilində danışmağa çalışırdım…”, – o deyir.

"Klubun formatı elə qurulub ki, insanlar dərhal danışmağa başlayırlar. Gündəlik həyatımızda, məsələn, ərzaq dükanında, yaxud kafedə yemək alarkən bizə lazım olan dialoqları işlədirik", – deyə Skalozubov izah edir.

Skalozubovun tələbələrinin çoxu həyatları boyu Qazaxıstanda yaşamış etnik ruslar və rus məktəblərində təhsil almış və öz dillərində yaxşı danışa bilməyən etnik qazaxlardır.

Ruscanı qazax dilindən yaxşı bilən məmurlar

Rus dili Qazaxıstanda rəsmi dil olaraq qalır. Burada etnik qazaxların da çoxu, o cümlədən hökumət rəsmiləri rus dilini qazax dilindən yaxşı bilir. Ancaq bu vəziyyət dəyişməkdədir.

Skalozubov və bəzi üzvlər klublarının qəfildən və gözlənilmədən ölkənin rusdilliləri arasında bu qədər populyarlıq qazanmasını Kremlin Ukraynada apardığı müharibənin doğurduğu atmosferlə bağlayırlar.

Ukraynada müharibə başlayandan bəri sosial mediada daha da fəallaşan Skalozubov Rusiyanın hücumunu pisləyir və lazım gələrsə, vətəni Qazaxıstan uğrunda döyüşməyə hazır olduğunu deyir.

Skalozubov çoxlu müsbət reaksiya alıb və özü kimi düşünən insanlarla tanış olub. Onların arasında çox sayda qazaxıstanlı rus da var.

XS
SM
MD
LG