Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:17

Sahibkarlar pullarını tələb edirlər- [Video]


Sahibkarlar Dəmiryol İdarəsinin qarşısında etiraz etdilər
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Sahibkarla Dəmiryol İdarəsinin qarşısında etiraz etdilər

►“Alacağım 2 min 400 manatdır. “Bu gün-sabah” deyə-deyə qalıblar... İndi də yığışmışıq, pulumuzu tələb edirik”

“Şəxsən biz ağlay, mərmər, plastik qapı-pəncərə işləri görmüşük. Ağstafada, Qubada, Gəncədə, Göygöldə... Təkcə Göygöldə 4-5 obyekt işləmişik... İşlədiyimiz obyektlər də hamısı dövlət əhəmiyyətli obyektlər olub”.

395 MİN MANAT BORC

Camal Əhmədli sahibkardır. Deməsinə görə, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sifarişi ilə bir sıra obyektlərin işlərini görüb. 1 ildən çoxdur ki, QSC ona və onunla birlikdə bu işləri görmüş daha iki sahibkara ödəməli olduğu 395 min manatı vermir.

Camal Əhmədi
Camal Əhmədi

Ancaq fevralın 15-də qurumun inzibati binasının qarşısına gəlib pulunu tələb edən təkcə o deyildi. QSC-nin sifarişi ilə bölgələrdə əsasən ağlay, mərmər işləri görən daha bir neçə sahibkar da pulunu tələb etmək üçün buraya yığılmışdı.

Sahibkarların deməsinə görə, bölgələrdə Dəmir Yollarının və Texniki Qurğuların Təmir-Tikinti Departamentinin sifarişlərini yerinə yetiriblər. Xeyli ağlay, mərmər, plastik qapı-pəncərə işləri görüblər. Departament onlara vaxtında maliyyə vəsaitlərini vermədiyi üçün işləri, necə deyərlər, özləri yola verməli olublar. Nəticədə, ayrı-ayrı satış mərkəzlərinə külli miqdarda borclu qalıblar. İndi gərək QSC onlara pulları ödəsin ki, onlar da aparıb borclarını qaytarsınlar.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“AYLARDIR GÖZLƏYİRİK”

Hətəmxan Məmmədov sifariş əsasında gördüyü işlərə görə ona ödənməli olan pulu almaqdan ötrü Ağcabədinin Poladlı kəndindən gəlib:

– İşləmişik, qardaş, alacaqlarımız yığılıb qalıb, neçə aylardır gözləyirik...

– Nə qədər pul almalısınız?

– Mənim alacağım 6 min manata yaxındır...

– Nə işlər görmüsünüz?

– Ağlay işləri... Fəhlə nə işləri görər?..

İKİ İLDƏN ÇOXDUR GƏLİB GEDİR

Sahibkar Allahverdi Səmədov da qərb bölgəsindən gəlib:

“Ağlay işləri görmüşük... Göygöldə, Goranboyda,Qazaxda... Alacağım 2 min 400 manatdır. “Bu gün-sabah” deyə-deyə qalıblar... İndi də yığışmışıq, pulumuzu tələb edirik."

Siyasət Abbasov
Siyasət Abbasov

Siyasət Abbasovun alacağı 6 min 500 manatdır. İki ildən çoxdur ki, idarəyə gəlib-gedir, faydasız yoxdur.

“QALDI 3-CÜ GÜNƏ”

Az sonra sahibkarları idarəyə dəvət etdilər. Ancaq, deyəsən, söhbət uzun çəkmədi. Heç sahibkarlar da söhbətdən razı qalan kimi görünmürdülər. Sahibkar Camal Əhmədi bildirdi ki, onları idarənin Əlirza adlı şöbə müdiri qəbul edib:

“Məsələmizə baxıldı. Qaldı yenə 3-cü günə… Həmin gün Çingiz müəllim bizi qəbul edərsə, məsələmizə baxılacaq. Bizim işimiz haqqdır, pullarımızı alacağıq”.

Sahibkarlar dağılışdı... İki gündən sonra yenə toplaşmaq və idarədən pullarını almaq ümidilə…

Hələlik Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən deyilənlərə münasibət almaq mümkün olmayıb.

__________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

XS
SM
MD
LG