Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:40

Üçəmlərin nənəsi: “Yenə də ümid vermirlər”


Illüstrasiya
Illüstrasiya

►“Deyirlər ki, “yuxarıdan tapşırılıb, hamı dindiriləcək”. Rayon xəstəxanasının baş həkimi indi də deyib ki, “ərim prezidentlə dostdur, mənə heç nə edə bilməzlər”

Ötən həftə Salyanda doğulan üçəmlərdən sağ qalan tək körpənin durumu “sabitdir, ancaq hələ də aparatdadır”.

Onun müalicə olunduğu Elmi-Tədqiqat Pediatriya İnstitutundan AzadlıqRadiosuna belə deyiblər. Nənəsi Şəlalə Abdullayeva da onlara uşaqla bağlı gündəlik məlumat verildiyini söyləyir.

Şəlalə Abdullayeva: O, üç uşağından birini qucağına götürməyib, nə vəziyyətdə ola bilər?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00
Direct-ə keçid

Hərçənd körpəni hələlik görə bilməyiblər. Nənə qızının vəziyyətindən narahatdır.

– Qızım evdə uşağının yolunu gözləyir. Üç övladından birini qucağına götürməyib. Nə vəziyyətdə ola bilər?

– Qızınızla psixoloq işləyirmi?

– Qızıma heç nə etməyiblər. Neyləmişəm, özüm eləmişəm. Gəlib evdə onunla maraqlanmayıblar da. Körpəni də Bakıda dövlət müalicə elətdirir. Hər gün həkim əlaqə saxlayıb məlumat verir. Bu gün həkim dedi ki, “irəliləyiş var, uşaq sidiyə gedib”, neçə gün idi ağır idi vəziyyəti. Yenə də deyir ki, “ümid vermirik sizə”. Boğulma nəticəsində başında ödəm yaranmışdı, o da çəkilib. Beyində qansızma var, indi o müalicə olunur.Uşağa baxırlar, ancaq anaya yox. Mənim şikayətim ancaq xəstəxananın baş həkimindən və uşaq həkimindəndi.

– Tələf olan körpələr ekspertizadan keçirilib?

– Bəli, apardım Bakıda ekspertizaya. Daha sonra burda dəfn etdik.

– Ekspertizanın nəticəsi nə vaxt açıqlanacaq?

– Hələ heç nə deyilməyib. Hələlik prokurorluqda iş gedir. Deyirlər ki, “yuxarıdan tapşırılıb, hamı dindiriləcək”. Rayon xəstəxanasının baş həkimi indi də deyib ki, “ərim prezidentlə dostdur, mənə heç nə edə bilməzlər”. Gündə bir xəbər yayırlar. Mən özüm indi çöldə iş başındayam, fəhlə gətirmişəm. 7 uşaq anasıyam, özü də 16 ildir tək, atasız saxlayıram onları. Əgər dövlət səsimə səs verməsə, xəstəxananın həyətində bir şüşə benzinlə özümü yandıracağam. Gündə bir yalan xəbər yayırlar, ay uşaqlar 31 həftəlik olmayıb, nə bilim nə. Mən hər dəfə onu USM-ə aparanda həkim deyib ki, uşaqların çəkisi normaldır, qızıma da deyiblər çox yeməsin, uşaq çox artır. Bizə əkiz demişdilər, üçəm yox. Bu kağızları prokurorluğa vermişəm.

– Tələbiniz nədir?

– Xəstəxana müdiri cəzalandırılsın. Nə vaxtacan bu işi gizlədəcəklər? Tövlədə doğuzdururlar xəstələri, işıqsız yerdə. Davadan sonra orda indi təmir gedir. 17-18 yaşında gəlinlər o qaranlıqda uşaq dünyaya gətirirlər. Bir generator almayıblar ora. Bunlar araşdırılmalıdır. Yenə deyirəm, səsimə səs verilməsə, özümü odlayacam. Yetim uşaq böyütmüşəm. Uşağımın sevincini əlindən aldılar, üç uşaqdan birini əlinə almayıb hələ.

– Bəs uşağı görmüsünüzmü?

– Atası gedir xəstəxanaya, ona da deyiblər reanimasiyadadır, göstərməyiblər.

Körpənin atası Toğrul Fərəcov isə bizimlə söhbətdə ona uşağın durumunun ağır olaraq qaldığını söylədiklərini bildirir. “Bizə göstərmirlər. Deyirlər ki, “ağırdır vəziyyəti”. Hələlik gözləyirik”.

İyunun 20-də Salyan rayon mərkəzi xəstəxanasında doğulan üçəmlərdən ikisi tələf olub, birinin durumu ağır olduğundan Bakıya gətirilib. Yaxınları bildirir ki, körpələr gecə xəstəxanada elektrik enerjisi kəsildiyinə görə ölüb. Faktla bağlı araşdırma aparılır.

Buna da bax: Sovetskidə yanğın olub

Sovetskidə yanğın olub
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun

Uşaqlar niyə intihar edir?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 27 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında- 27 iyun

Azərbaycan səhiyyəsi beynəlxalq reytinqlərdə
XS
SM
MD
LG