AzadlıqRadiosunun fotojurnalisti Amos Chapple Rusiyanın Saxa Respublikasına səfər edib. O, dünyanın ən soyuq iqtlimində açıq havada çalışan insanların güzəranını fotolarla təqdim edir.
BAZARDA SATICI
Son 15 ilsə Sona Ugurchiyeva Yakutsk şəhərinin “Kəndli bazarında” -50 dərəcədən aşağı soyuqda balıq piştaxtasının arxasında müştəri gözləyir.
Ugurchiyeva 1993-cü ildə vətəni İnquşetiyada vəziyyət gərgin olanda Yakutska köçüb.
Ugurchiyevanın piştaxtasını işlətdiyi, qış uzunu həftənin yeddi günü açıq olan Kəndli bazarı donmuş ərzaqların satıldığı Yakutskun mərkəzində 50 metrlik dəhlizdir.
Səhər saat 7 ilə axşam saat 7 arasında yerli sakinlər Yakutiyanın çaylarından və göllərindən, buzun altından yenicə tutulmuş, tutulan kimi də donmuş təzə balıq alamağa gəlirlər.
Burada balıqdan başqa, mal və maral əti də satılır…
Buradan hətta biri 1500 rubla (26 dollar) arktik dovşan da almaq olar. Yerli sakinlər vəhşi dovşanı qızardaraq xamalı sousda yeməyi xoşlayırlar.
56 yaşlı Ugurchiyeva gödəkçəsinin altından 3 sviter, yun əlcək və keçə çəkmə geyinir. O, soyuqla zarafat etməyin təhlükəli olduğunu yaxşı bilir: “Bir dəfə məni don vurub. -58 dərəcə idi, ancaq külək olmadığına görə ehtiyatsızlıq elədim. Bir yanağım donaraq ağardı, sonra da qabıq qoymağa başladı".
Adamlar çəkmənin üstündən yun "çəkmə" geyirlər. Ugurchiyeva deyir ki, bazarda işləmək həm fiziki, həm də emosional baxımdan çox çətindir. "Çox adam burada piştaxta açmaq istəyib, ancaq bazardakı bəzi adamlar onlara problem yaradıblar. Onlar da bir neçə ayın içində bu fikirlərindən vaz keçməli olublar. Ancaq bir neçə il dözə bilsəniz, hər şey qaydasında olacaq"
Ugurchiyeva çay fasiləsində. İş adamı Yakutska köçdüyünə peşman olmadığını deyir. "Hamı bura bir yaylığına gəldiyini deyir, ancaq sonra birdəfəlik qalırlar. Hava işləri çətinləşdirir, ancaq burada icma hissi var, mən də onu sevirəm".
EV SÖKƏN
6000-dək sakini olan Xandıqa şəhərində hər yay daimi buzlaqların qeyri-bərabər əriməsi torpaq sürüşmələrinə yol açıq. Nəticədə evlər uçur.
Bu evin sökülməsi qərara alınanda, bu işi görmək üçün Yakutskdan Tolik Yusipov və briqadasını çağırıblar. Onlar maşınla 7 saat yol gəliblər.
Yusipov deyir ki, bu binanın tam sökülməsi bir aydan çox çəkə bilər. Düzdür, evi ekskavatorla bir neçə saata da sökmək olar, ancaq bu zaman qiymətli ağac material məhv olacaq.
Sökülmüş evin ağacları maşınla daşınmağa hazırdır. Zədələnməmiş ağac yay tikinti işlərində istifadə üçün satılacaq.
Yusipov bu işə 18 yaşından başlayıb.
“Əlbəttə, mən də yayı sevirəm. Hava çox soyuq olanda adamın barmaqları düz-əməlli işləmir... Hava soyuq olanda əlcəklər ən vacib şeydir. Çünki biz bütün günü bu lənətə gəlmiş metal alətləri əlimizdə tuturuq".
47 yaşlı Yudipovun briqadası gün çıxandan şər qarışandan sonrayadək işləyir.
Yusipov işi haqda çox düşünmür. Deyəsən bu ekstremal şərait də onu çox narahat etmir. “Bu sadəcə işdir, bütün işlər eynidir. Bu işdən həzz aldığımı deməzdim, ancaq mən bu işi bacarıram. İnsan işləməlidir"
Yusipov işi haqda çox düşünmür. Deyəsən bu ekstremal şərait də onu çox narahat etmir. “Bu sadəcə işdir, bütün işlər eynidir. Bu işdən həzz aldığımı deməzdim, ancaq mən bu işi bacarıram. İnsan işləməlidir"
MARAL SAXLAYAN
Topolinoe kəndindən bir neçə kilometr aralıda Grisha Zamyatinin 40 maraldan ibarət sürüsü var.
Zamyatin evenk etnik azlığının üzvüdür. Evenklər ta qədimdən marallara bağlı olublar.
Zamyatinin düşərgəsinə yalnız donmuş Tompo çayı boyu maral kirşəsi və ya qarmobillə gəlmək olur.
Zamyatinin sovet çadırlarından düzəldilmiş düşərgəsi. Onlardan biri insanlar üçündür, digəri isə maralçının qar maşını üçün havalandırılmış "qarajıdır".
Hava işıqlaşan kimi maral saxlayan maral dərisi döşənmiş yatağından qalxır və metal sobanı yandırmaq üçün çırpı hazırlamağa başlayır. Soba çadırı çox tez qızdırır.
40 yaşlı maral saxlayan yeməklərini əsasən ovladığı heyvanların ətindən hazırlayır. Mən gecəni burada qalanda biz dağ qoyununun qaynanmış ətini və marqarində qızardılmış maral böyrəyi yedik. Zamyatin deyir ki, çadırın içi burada həftələrlə qadın olmadığına görə səliqəsizdir: "İndi həyat yoldaşım yanımda olsaydı, bura Hilton kimi olardı".
Zamyatin içməli su kimi istifadə etmək üçün donmuş çaydan bir parça buz qoparır. Köhnə maralçı deyir ki, hərdən çox soyuq hava ciyərlərini incitsə də, buraların qışını yaydan çox sevir.
“Yayda ağcaqanad və yağış olur, marallar da xəstələnir. Ən yaxşısı qışdır, qar təzə yağmağa başlayanda mən də, marallar da bir az dincələ bilirik".