Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 02:36

Mehman Əliyev: 'İslahatlara nail olmaq lazımdır'


Siyasi Məhbuslarsız Azərbaycan Alyansı və Mehman Əliyevin azadlığı uğrunda Mübarizə Komitəsi 14092017
Siyasi Məhbuslarsız Azərbaycan Alyansı və Mehman Əliyevin azadlığı uğrunda Mübarizə Komitəsi 14092017

“Siyasi Məhbuslarsız Azərbaycan” Alyansı və “Mehman Əliyevin Azadlığı uğrunda Mübarziə Komitəsi ” sentybarın 14-də Müsavat partiyasının qəargahında toplantı keçirib.

Komtə sədri Əvəz Zeynallı M.Əliyevin azadlığa çıxmasında komitənin rolundan danışıb. M.Əluyev azadlığa çıxdığından qurumun buraxıdlığını elan edib.

O vurğulayıb ki,siyais məhbus sayılan şəxslərin məsələsi ilə opretaiv olaraq yaradılacaq İşçi Qrup məşğul olacaq

M.Əliyev çıxış edərək həbsi barədə danışıb.O, bildirib ki, həbsi sırf peşə fəaliyyəti ilə bağlı olub:

Mehman Əliyev
Mehman Əliyev

“Amma, beynəlxalq reaksiya, daxildəki narazılıq, ictimaiyyətin etirazı, hakimiyyət daxilində həbsimə münasibətin birmənalı olmaması həbsdə uzun müddət saxlanmağıma imkan vermədi”.

M.Əliyev vurğulayıb ki, bu narazılıq və etiraz təkcə onun həbsi ilə bağlı olmayıb. Bütünlükdə cəmiyyətin baş verənlərə əhaval-ruhiyyəsini ifadə edib.

Onun firkincə, xalq artıq hakimiyyətdən islahatlar gözləyir və indi dayanmaq olmaz. İslahatlara və cəmiyyətdə dəyişikliklərə nail olmaq lazımdır.

Arif Hacılı: “M.Əliyevin azad olunması işin başlanğıcıdır”

Müsavat Partiyasının başqanı Arif Hacılı da M.Əliyevin həbsdən azad olunmasını ciddi və müsbət hadisə adlandırıb.

A.Hacılı deyib ki, buna qədər həbs edilən bloqqer Mehman Hüseynovun, jurnalist Əfqan Muxtarlının, AXCP sədrinin müavini Gözəl Bayramlının həbsdən azad olunmamasının bir səbəbi də onların müdafiə komitələrinin sistemli fəaliyyət aparmamasıdır.

“Amma M.Əliyevin azad olunması işin başlanğıcıdır. İndi “Turan” İnformasiya Agentliyinin işləməsinə şərait yaradılması və M.Əliyevə qarşı qaldırılan cinayət işinin ləğv olunmasından ötrü mübarizə aparılmalıdır”, deyə A.Hacılı bildirib.

Keçmiş daxili işlər naziri İskəndər Həmidov isə bu məsələdə Qərb amilindən danışıb. O deyib ki, indiilk növbədə seçki qanunvericiliiyi dəyişdirilməli və demokratik seçkilərə nail olunmalıdır.

İsa Qəmbər: “Seçki yolu ilə hakimiyyət dəyişikliyi baş verməlidir”

İsa Qəmbər
İsa Qəmbər

Strateji Milli Düşüncə Mərkəzinin (SMDM) rəhbəri İsa Qəmbər isə M.Əliyevin həbsini də, azad olunmasını da çoxsəbəbli məsələ kimi dəyərləndirib:

“Amma ölkədə siyasi məhbusların olmaması, əsassız həbslərin baş verməməsi üçün isə seçki yolu ilə hakimiyyət dəyişikliyi baş verməlidir. Bunun uğrunda birgə mübarizə aparmalıyıq”.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə, məsuliyyətə cəlb ediliblər.
Son günlərə qədər yerli hüquq müdafiəçiləri ölkədə 160 siyasi məhbusun olduğunu bildirirdilər.
“Turan” informasiya Agentliyinin direktoru Mehman Əliyevin və daha bir qurup Nardaran məhbusunun buraxılmasından sonra bu rəqəmdə azalmalar var.

Xatırlatma

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-ə kimi həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək, onları “siyasi motivli” adlandırıb.

Vergilər Nazirliyi avqustun 8-də «Turan» agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb.

Avqustun 17-də isə artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.

Avqustun 31-i isə kollektiv bəyan edib ki, «Turan» İnformasiya Agentliyi kommersiya qurumu olaraq fəaliyyətini dayandırır. Amma «Turan»da çalışanlar sayt vasitəsilə fəaliyyətlərini könüllülük əsasında davam etdirirlər. Agentliyin əməkdaşları hələ də istintaqa çağırılmaqdadırlar.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına səsləyiblər. ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsini istəyib.

Üstəlik, ABŞ Senatının komitəsinə Mehman Əliyevin həbsində məsuliyyət daşıyan şəxslərə sanksiya tətbiq edilməsi ilə bağlı düzəliş təqdim edilib.

Sentyabrın 11-də isə Mehman Əliyev haqqında həbs qəti imkan tədbiri ləğv edilib, o sərbəst buraxılıb.

XS
SM
MD
LG