Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 22:05

Sorğu: Gənclər arasında Putinə etimad kəskin azalıb


Rusiyada Levada mərkəzinin yanvar ayında keçirdiyi sorğunun nəticələrinə görə yaşı 18-lə 24 arasında olan rusiyalıların yalnız yarısı prezident Vladimir Putinin fəaliyyətindən razılıq edir.

Bu, 2020-ci ilin yanvarı ilə müqayisədə 25, 2014-cü ildə Krımın ilhaqından sonra olduğundan 50 faiz azdır.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Putinin reytinqi təkcə gənclər arasında deyil, digər yaş qruplarında da düşüb, amma bu eniş elə də kəskin olmayıb.

Krımın ilhaqından bəri Putinin 25-39 yaşlılar arasında reytinqi 34, 40-45 yaşlılar arasında isə 25 faiz azalıb.

Hətta prezidentə loyal 55+ qrupunda Putinin reytinqi 2014-cü ildən bəri 9 faiz düşüb. Amma bu yaş qrupunda prezidentin təqdir olunması ən yüksək – 74 faiz səviyyəsindədir.

Gənclər arasında bu rəqəm 51 faizdir.

Navalnı faktoru rol oynayır

Levada mərkəzinin direktoru Lev Qudkov deyib ki, hakimiyyətə inamsızlığın artması meyli son iki ildə fasiləsiz davam edib:

"Burada pandemiya dövründə yığılıb qalan narazılığın artması katalizator rolunu oynayıb...Məncə bu həm də Aleksey Navalnının fəaliyyəti, onun həbsindən olan hiddət və Putin haqqında çəkdiyi filmin uğuru ilə bağlıdır”.

Ümumilikdə isə son dörd il ərzində prezidentin fəaliyyətindən razılıq və narazılıq dramatik şəkildə dəyişməyib.

2021-ci ilin yanvar ayına olan nəticəyə görə onun fəaliyyətini respindentlərin 64 faizi bəyənir, 34 faiz bəyənmir.

Ölkənin düzgün istiqamətdə hərəkət etdiyini düşünənlərin faizi də ciddi şəkildə dəyişməyib.

Ölkənin düzgün yolda olduğunu rəyi soruşulanların 49 faizi bildirib. Belə düşünməyənlər 40 faizdir.

Putinə etimad 2020-ci ilin sentyabrından bəri 4 bənd düşərək 29 faiz olub.

Bu dövr ərzində Navalnıya etimad 2 faiz artaraq 5 faiz olub.

Müxalifətçi etimad reytinqinə görə Putin, baş nazir Mişustin, Jirinovski, müdafiə və xarici işlər nazirləri ŞoyquLavrovdan sonra 6-cı yerdədir.

Məmurların davranışını necə dəyərləndirirsiz?
Gözlə

No media source currently available

0:00 0:01:13 0:00

Baxır məlumatı hardan alırsan...

Sorğunu aparanlar bildirirlər ki, Putinin fəaliyyətinin və ölkənin düz yolda olub-olmamasının qiymətləndirilməsinə adamların informasiyanı haradan alması təsir gödtərir.

Məlumatı yalnız telekanallardan alanların arasında Putinin reytinqi yüksək, məlumatı internetdən alanların arasında isə aşağıdır.

Əsəsən televizora baxanların 57 faizi düşünür ki, ölkə düz yoldadır. Məlumatı internetdən alanlar arasında bu rəqəm 39-dur.

Rəy sorğusunda Rusiyanın 137 məntəqəsində yaşayan 18 yaşdan yuxarı 1616 nəfər iştirak edib.

Sorğu yanvarın 29-dan fevralın 2-dək aparılıb.

Levada mərkəzinin məlumatına görə Putin ona etimad zirvəsini 2015-ci ildə keçib. O vaxt prezidentə rəyi soruşulanların 80 faizi inanırdı.

Yanvarın sonunda “İctimai rəy” fondu bildirmişdi ki, yanvarın 17-dən 24-dək bir həftə ərzində Putinə etimad 55 faizdən 53 faizə düşüb.

XS
SM
MD
LG