Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:44

NATO Türkiyə ilə həmrəy olduğunu bildirdi [VIDEO]


Rusiya təyyarəsi Türkiyə sərhəddində belə vuruldu
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Rusiya təyyarəsi Türkiyə sərhəddində belə vuruldu

NATO-nun baş katibi Jens Stoltenberg Türkiyə ilə Rusiyanı sakitliyə çağırıb.

Baş katib Ankara ilə Moskvanı təcili əlaqə saxlamağa, sakitliyə və gərginliyin artmasına yol verməməyə çağırıb.

Jens Stoltenberg
Jens Stoltenberg

O belə bir bəyanatla noyabrın 24-də təşkilatın Brüsseldə keçirilən təcili toplantısında çıxış edib.

Stoltenberq bildirib ki, digər NATO ölkələrinin gəldiyi nəticə Türkiyənin dediklərinin əsaslı olduğunu göstərir.

Türkiyə Rusiya təyyarəsinin ölkənin hava hüdudlarını pozduğunu deyir.

Amma Moskva bunu rədd edir.

Stoltenberq bildirib ki, biz Türkiyə ilə həmrəyik və müttəfiqimizin ərazi bütövlüyünü dəstəkləyirik.

--

ABŞ və Fransa prezidentləri Türkiyənin Rusiya təyyarəsini vurması ətrafında gərginliyin artmasından qaçmağa çağırıblar.

ABŞ prezidenti Barack Obama bildirib ki, hər bir ölkə kimi Türkiyənin öz ərazisi və hava hüdudlarını qorumaq haqqı var.

Barack Obama və Francois Hollande
Barack Obama və Francois Hollande

Obama bunu noyabrın 24-də Vaşinqtonda Fransa prezidenti Francois Hollande ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Obama bildirib ki, indi vacib olan odur ki, tərəflər gərginliyin artmasına yol verməmək üçün nə baş verdiyinə aydınlıq gətirməli və tədbirlər görməlidirlər.

Francois Hollande də bildirib ki, gərginliyin artmasına yol verməməliyik və bunun pis nəticəsi ola bilər.

--

Türkiyə 2 Rusiya pilotunun ölüm xəbərini təsdiqləmir.

Onların ölüm xəbərini agentliklər üsyançılara istinadla yayıb.

Moskva pilotların atıldıqlarını və vertolyotlarla axtarışda olduqlarını bildirir.

Brüsseldə NATO-nun təcili toplantısı keçirilir.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Türkiyənin bu addımını pisləyib və Suriyada hərbi əməliyyatların davam etdiriləcəyini bildirib.

Türkiyənin F-16 təyyarəsi noyabrın 24-də Rusiyaya məxsus SU-24 təyyarəsini vurub.

Ankara təyyarənin ölkənin hava məkanını pozduğunu deyir.

Rusiya bunu rədd edir.

--

Pentaqon Türkiyənin F-16 təyyarələrinin Rusiyanın SU-24 təyyarəsinə vurulmazdan əvvəl 10 dəfə xəbərdarlıq eləməsini təsdiqləyib.

İdarənin məlumatına görə Rusiya təyyarəsi bu xəbərdarlığın heç birinə cavab verməyib.

Amerikalı polkovnik Steve Warren bildirib ki, açıq kanallarla əlaqə saxlanıldığından biz hər şeyi eşidir və baş verənləri bilirdik.

Steve Warren
Steve Warren

Amma o qeyd edib ki, insidentin sərhədin hansı tərəfində baş verdiyi dəqiq bəlli deyil.

Türkiyə təyyarənin onun hava məkanını pozduğunu bildirir, Rusiya isə bunu inkar edir.

--

“Türkiyədə terror təhlükəsinin səviyyəsi Misirdəkindən az deyil”.

Bunu noyabrın 24-də Rusiyanın xarici işlər naziri Sergei Lavrov bildirib. O Rusiya vətəndaşlarını Türkiyəyə səfər etməməyə çağırıb.

Sergei Lavrov
Sergei Lavrov

Rusiya Turizm şirkətinin rəhbəri Oleg Safanov da bundan bir qədər sonra bəyan edib ki, Rusiya vətəndaşları təhlükəsizlik səbəbindən Türkiyəyə səfər etməməlidir.

Ölkənin ən böyük turizm şirkətlərindən biri olan “Natali Turs” şirkəti artıq Türkiyəyə tur satışını tayandırıb.

Bu barədə noyabrın 24-də “Qazata.Ru”xəbər verir.

Başqa bir məlumata görə isə noyabrın 24-də Suriyada Rusiyaya məxsus hərbi vertolyot da vurulub.

"Reuters" agentliyinin məlumatına görə, Vertolyotu Suriya üsyançıları ABŞ raketi ilə vurublar.

Məlumatlara görə zədələnən vertolyot Latakiya yaxınlığında hökumət qüvvələrinin nəzarətində olan əraziyə düşə bilib.

--

Rusiyanın xarici işlər naziri Sergei Lavrov noyabrın 25-də Türkiyəyə nəzərdə tutulan səfərini təxirə salıb.

Səfər zamanı Suriya münaqişəsi müzakirə olunmalı idi.

Bu barədə noyabrın 24-də “CNN Türk” və digər informasiya agentlikləri xəbər yayıb.

Qeyd edək ki, Türkiyənin F-16 təyyarəsi bundan əvvəl Suriyada əməliyyat keçirən Rusiyanın SU-24 təyyarəsini vurub.

Pilotların türkmanların yaşadığı əraziyə düşdüyü, birinin öldürüldüyü, birinin isə əsir götürüldüyü bildirilir.

Türkiyə bəyan edib ki, Rusiya təyyarəsi ölkənin hava məkanını pozduğuna görə vurulub.

Məlumatı Moskva da təsdiqləyib, amma təyyarənin Türkiyənin hava məkanını pozmadığını iddia edir.

Başqa bir məlumata görə isə Rusiyanın İstanbuldakı səfirliyi qarşısında aksiya keçirilir.

Aksiyada məqsəd, Rusiyanın Suriyada türkmənlara qarşı keçirdiyi hərbi əməliyyatlara etiraz bildirməkdir.

Bu barədə “Sky News” xəbər verir.

--

Rusiya təyyarəsinin vurulması Türkiyə tərəfindən arxadan zərbədir və bunun ikitərəfli münasibətlərdə ciddi nəticələri olacaq.

Bunu noyabrın 24-də Rusiya prezidenti Vladimir Putin SU-24 təyyarəsinin vurulmasına münasibət bildirərkən deyib.

Vladimir Putin
Vladimir Putin

Putin təyyarənin hava-hava tipli raketlə vurulduğunu deyib.

Türkiyənin baş naziri Ahmet Davutoglu isə bildirib ki, Türkiyə sərhədlərinin pozulmasına görə istənilən tədbirlərə əl ata bilər və bu onun haqqıdır.

O noyabrın 24-də qeyd edib ki, Türkiyə ölkənin təhlükəsizliyinin müdafiəsində tərəddüd etmədən bütün tədbirlərə əl atacaq və bu Türkiyənin milli borcudur.

Ahmet Davutoglu
Ahmet Davutoglu

Baş nazir qeyd edib ki, bu hər hansı bir ölkənin ərazisinə qarşı təcavüz deyil.

Rusiya tərəfi bundan əvvəl təyyarənin yerdən vurulduğunu güman edirdi.

--

Türkiyənin “Hürriyət” qəzetinin yazdığına görə, təyyarə Bashar Assad rejimi ilə mübarizə aparan türkmanların yaşadığı Yamadlı rayonuna düşüb.

Pilotlar özlərini atıb. Onlardan biri öldürülüb, biri isə yerli camaat tərəfindən əsir götürülüb. Rusiya vertolyotları hazırda təyyarənin qalıqları və pilotları axtarır.

Kremlin mətbuat katibi Dimitry Peskov bildirib ki, vəziyyətə tam aydınlıq gətirilməyincə Rusiya-Türkiyə münasibətlərinin pisləşməsindən danışmaq tezdir.

Rusiya Dövlət Dumasının sədr müavini Nikolay Levicev Türkiyədəki Rusiya vətəndaşlarının köçürülməsini, səfirin geri çağrılmasını və bu ölkə ilə hava əlaqəsinin dayandırılmasını təklif edib.

--

NATO Rusiya təyyarəsinin vurulmasına görə noyabrın 24-də təcili toplantı keçirir.

Jans Stoltenberg
Jans Stoltenberg

Bu barədə “The Times” qəzetinin hərbi şərhçisi Deborah Haynes məlumat verir.

İclas Türkiyənin xahişi ilə çağırılıb.

“Bloomberg” agentliyi bundan əvvəl NATO-nun vəziyyəti diqqətlə izlədiyini xəbər verib.

AzadlıqRadiosu rus xidmətinin məlumatına görə, ölən rusiyalı pilot çox gümün ki, Sergei Rumyantsevdir.

--

Rusiyanın Müdafiə Nazirliyi Suriyada qəzaya düşən SU-24 təyyarəsinin yerdən vurulduğunu güman edir.

Türkiyə KİV-ləri bundan əvvəl təyyarənin ölkənin hava hüdudlarını pozduğuna görə Türkiyə təyyarələri tərəfindən vurulduğunu xəbər verirdilər.

Türkiyə komandanlığının məlumatına görə isə Türkiyənin F-16 təyyarələri hava məkanını pozduğuna görə Rusiya təyyarəsinə vurulmazdan əvvəl 10 dəfə xəbərdarlıq ediblər.

Amma Rusiyanın Müdafiə Nazirliyi SU-24 təyyarəsinin Türkiyənin hava məkanını pozmadığını bildirib.

Nazirlik deyir ki, bunu sübut da edə bilərlər.

Suriyada hava əməliyyatları keçirən Rusiya təyyarələri oktyabrda Türkiyənin hava məkanını 2 dəfə pozublar və bu rəsmi Ankaranın kəsin etirazına səbəb olub.

Türkiyə rəsmilərinin sözlərinə görə, təyyarə sərhədin yaxınlığında Suriya ərazisinə düşüb.

Türkiyə KİV-ləri pilotların ikisinin də atıldıqlarını xəbər verirlər.

“Dogan” agentliyinin məlumatına görə isə Türkiyənin hərbi vertolyotları pilotların axtarışına çıxıb.

Londonda fəaliyyət göstərən Suriya İnsan Haqları Mərkəzi təyyarənin Suriyadakı Türkman regionuna düşdüyünü xəbər verir.

Hökumət qüvvələri son günlər Rusiya təyyarələrinin dəstəyi ilə bu bölgədə əməliyyat keçirir.

Türkiyənin hərbi-hava qüvvələri ötən ay ölkənin hava məkanını pozan pilotsuz aparatı da vurub.

Rusiyanın xarici işlər naziri Sergei Lavrov noyabrın 25-də Türkiyəyə gedəcək.

Məqsəd Suriya münaqişəsində iki ölkənin mövqelərini yaxınlaşdırmaqdır.

XS
SM
MD
LG