Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 20:59

Ekspert yeni subsidiya qaydalarından danışır


arxiv foto
arxiv foto

“Bu sənədin mahiyyəti tam aydın deyil. Onu hazırlayanlar nəyi ortaya qoymaq istəyirlərsə, bunu, hələlik, demirlər...”

Bunu Azadlıq Radiosuna kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov deyib. O, bu fikirləri Prezident İlham Əliyevin iyunun 27-də “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” verdiyi fərmanı dəyərləndirərəkən dilə gətirib.

Sənəddə bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləğinin 200 (iki yüz) manat müəyyən olunması barədə V.Məhərrəmov deyib ki, bu az torpaq sahəsi olan fermerlərə faktiki subsidiya ödənişindən imtina deməkdir:

“Belə çıxır ki, burada kiçik torpaq sahəsi olan fermerlər daha şox kooperasiya formasında birləşməyə təhrik edilir”.

V.Məhərrəmov vurğulayıb ki, burada subsidiyanın əmtəəlik məhsulun həcminə yox, sahəsinə görə verilməsi nəzərdə tutulur (əslində əvvəlki qaydada da belə idi-red).

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

“Biz əmtəəlik məhsulun həcminə görə fermerlərə subsidiya ayrılması barədə çoxsaylı təkliflər vermişdik, heç biri nəzərə alınmayıb. Bir sözlə mən bu qaydaların tətbiqindən kənd təsərrüfatına hansısa xeyir gələcəyinə o qədər də ümidli deyiləm”, deyə V.Məhərrəmli bildirib.

SƏNƏDDƏ NƏLƏR VAR?

Prezident İlham Əliyev iyunun 27-də “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərman imzalayıb. Sənəddə bu, aqrar sahədə hesabatlılığın, şəffaflığın və büdcə vəsaitlərindən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə izah edilir. Fərmana görə, aqrar sahədə subsidiyaların tətbiqi ilə bağlı qərarı yeni yaradılan Aqrar Subsidiya Şurası verəcək. Şuraya rəhbərliyi Azərbaycan kənd təsərrüfatı naziri həyata keçirəcək.

Yeni qaydaya görə, “Subsidiya” informasiya sistemində (SİS) qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir.

İstifadəsində olan 50 hektardan çox torpaq sahəsində aparılan əkinə və ya çoxillik əkinə görə, kənd təsərrüfatı kooperativlərinə əkin subsidiyası 10 faiz artırılmaqla tətbiq edilir.

Sənəddə yazılıb ki, subsidiya mexanizminin səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyinin monitorinqlər aparmasını nəzərdə tutulur. Bu zaman peyk və digər texniki imkanlardan da istifadə ediləcək.

Əgər bu zaman fərq 5 faizdən çox 20 faizdən az olduqda, veriləcək subsidiyanın məbləği 30 faiz azaldılacaq. Beləcə fərq artdıqca alınacaq subsidiya azalacaq. Yeni qaydaya görə, fərq 50 faizdən çox olduqda cari il və sonrakı il ərzində həmin fermerə subsidiya düşməyəcək.

Subsidiyalar yeni qaydaya uyğun olaraq 2020-ci il yanvarın 1-dən etibarən verilməlidir.

Xatırlatma

Hazırda hökumətin qərarına əsasən, 2007-ci ildən yanacaq və motor yağlarının istifadəsinə görə fermerlər 1 hektara 50 manat subsidiya alır.

Buğda, çəltik, pambıq, tütün əkininə görə də, qeyd edilən məbləğə 40 manat əlavə edilir.

2016-cı ildən etibarən baramaya görə də subsidiya ödənilir. Əvvəlcə bu məbləğ hər kq-a görə 2 manat idisə, sonra bu 5 manata qaldırılıb.

2018-ci ildən isə hər bir arı ailəsinə görə, 10 manat subsidiya verilir. Bu qərar 5 il qüvvədədir.

Bütün bunlardan başqa heyvandarlıq sahəsində də subsidiya var.

XS
SM
MD
LG