Nümayişlərdə iştirak edən gənclərdən 100-dən çoxu tutulub, amma sonra azad edilib.
1918-ci ilin martında minlərlə azərbaycanlının erməni qüvvələri tərəfindən qətl edilməsini yad etmək üçün martın 31-də Təbriz və Əhərdə yüzlərlə gəncin iştirakıyla nümayişlər keçirilib, vərəqələr paylanıb. Təbrizdəki nümayişlər "Barnava" adlı erməni məhəlləsində olub. Təsdiq olunmamış məlumata görə, nümayişlərdə iştirak edən 100-dən çox gənc saxlanıb, amma sonradan onlar azad ediliblər.