Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 21:59

Tacikistan ABŞ prezidentinə etiraz bildirib


Prezident Co Bayden
Prezident Co Bayden

Taciksitan XİN prezident Co Baydenin bu yaxınlarda verdiyi bir bəyanatla bağlı şifahi narazılığını bildirib

Tacikistan Xarici İşlər Nazirliyi Birləşmiş Ştatların bu ölkədəki səfiri Con Pommerşayma prezident Co Baydenin bu yaxınlarda verdiyi bir bəyanatla bağlı şifahi narazılığını bildirib.

ABŞ prezidenti sözü gedən bəyanatı ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması barədə danışarkən vermişdi.

Tacikistan XİN-in sentyabrın 14-də verdiyi bəyanatda deyilir ki, rəsmi Düşənbə prezident Co Baydenin Pensilvaniya ştatına səfəri zamanı dediyi sözlərlə bağlı ABŞ səfirinə narazılıq ifadə edib:

“Şifahi notada qeyd olunur ki, belə bəyanatlar dostluq və partnyorluq münasibətlərinin ruhuna ziddir. Tacikistan Respublikası Amerika Bilrəşmiş Ştatları ilə qarşılıqlı dəstək və qarşılıqlı ehtiram ruhunda qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsində maraqlıdır”.

Tacikistanın etirazına səbəb olan bəyənatı Co Bayden sentyabrın 11-də Pensilvaniyadakı Şanksvill yanqınsöndürmə məntəqəsində etdiyi çıxşı zamanı vermişdi.

Bayden nə demişdi?

Prezident Kabil hava limanında yaşanmış xaotik səhnələrə baxmayaraq ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını müdafiə edib.

Həmin səhnələrdən biri zamanı ölkədən qaçmağa can atan çarəsiz əfqanlar uçuşa hazırlaşan C-130 ABŞ hərbi təyyarəsinin təkərlərinə və qanadlarına dırmanmışdılar. Hadisə nəticəsində ölənlər və yaralananlar olmuşdu.

Prezident bu səhnəni yada salaraq demişdi:

“Məsələn biz əgər Tacikistanda olsaydıq və orada C-130 təyyarəsini dayandırıb desəydik ki, bizə hüsn-rəqbətli olanların hamısı təyyarəyə minsin, biz orada da təkərlərdən sallanan adamlar görərdik”.

Baydenin bu bəyanatı Tacikistan mediasında və sosial platformalarında acıqlı reaksiyalara səbəb olmuşdu.

Tacik istifadəçilər ABŞ prezidentinin bənzətməsinin yersiz olduğunu yazırdılar.

XS
SM
MD
LG