Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:45

Əfqanıstan prezidenti Birləşmiş Ərəb Əmirliklərindədir


Əfqanıstan prezidenti Ashraf Ghani
Əfqanıstan prezidenti Ashraf Ghani

Reütersin məlumatına görə, avqustun 18-də ölkənin bir sıra yerlərində Talibana qarşı aksiyalar keçirilib

Əfqanıstan prezidenti Ashraf Ghani-nin Birləşmiş Ərəb Əmirliklərində olduğu bildirilir.

Bu barədə Reüters agentliyi avqustun 18-də Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirliyinə istinadla xəbər verir.

Bundan əvvəl onun Tacikistan və ya Özbəkistanda olması barədə ziddiyyətli məlumatlar dolaşrıdı.

Qeyd edək ki, Əfqanıstan prezidenti Ashraf Ghani və digər ölkə rəsmiləri avqustun 15-də ölkəni tərk edib və Taliban paytaxt Kabili tutub.

Qərb ölkələri indi öz vətəndaşlarını bu ölkədən evakuasiya edirlər.

Hazırda paytaxt Kabil də daxil olmaqla demək olar ki, bütün ölkəyə Taliban hərəkatı nəzarət edir.

Taliban hərəkatının sözçüsü bir gün öncə Kabildə keçirdiyi mətbuat konfransında bildirib ki, onlar digər ölkələrlə sülh münasibətləri qurmaq və islam qanunları cərçivəsində qadın hüquqlarına hörmətlə yanaşmaq fikrindədirlər.

Zabihullah Mücahid deyib ki, qadınların işləməsi və təhsil almalarına izn veriləcək və onlar İslam çərçivəsində cəmiyyətdə çox aktiv şəkildə iştirak edəcəklər.

O,həmçinin bildirib ki, Taliban keçmiş əsgərlər və Qərbin dəstəklədiyi hökumət üzvlərindən qisas almaq fikrində deyil.

Reütersin məlumatına görə, avqustun 18-də ölkənin bir sıra yerlərində Talibana qarşı aksiyalar keçirilib.

Məlumata görə, yaraqlılar Cəlalabad şəhərində keçirilən etiraz aksiyasını dağıdılar.

“Reuters” şahidlərə istinadla üç nəfərin öldürüldüyünü xəbər verir.

Həmçinin Kunar və Xost şəhərlərində Talibana qarşı etirazlar olduğu və xəbər verilir.

XS
SM
MD
LG