-
Rusiyada müxalifət lideri Mixail Kasyanovun "tort hücumu"na məruz qalmasının videosu yayılıb.
Restoranda başqa bir şəxslə masa arxasında söhbət edən Kasyanova iki nəfər yaxınlaşır. Biri tortu onun üzünə çırpır, o biri isə videosunu çəkir.
Daha sonra onu "Amerika casusu" olmaqda ittiham edirlər.
Kreml Mikhail Kasyanova hücumu pisləyib və Çeçenistan rəhbərliyinin bununla heç bir əlaqəsi olmadığını bildirib.
İnsidentlə bağlı 3 çeçen polisi Moskvada saxlanıb və onlara qarşı iş açılıb.
Kasyanov Putinin hakimiyyətin ilk illərində baş nazir olub.
İndi PARNAS partiyasının sədridir və hökuməti tənqid edir.