Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 23:47

Tramp 740 milyard dollarlıq müdafiə qanununa veto qoyur


ABŞ prezidenti Donald Tramp ölkə Konqresinin hər iki palatasından keçməsinə baxmayaraq illik müdafiə siyasəti qanununa veto qoyub.

Tramp deyib ki, o 740 milyard dollarlıq Milli Müdafiə Büdcəsi qanununa bu sənədin qüsurluğuna görə veto qoyur.

O dekabrın 23-də bildirib ki,“bu qanuna mühüm həyati təhlükəsizlik tədbirləri daxil edilməyib, daxil edilən tədbirlərdə isə bizim milli tariximizə və veteranlarımıza etinasızlıq göstərilir və sənəddə administrasiyanın təhlükəsizlik və xarici siyasətdə Amerika birincidir prinsipi əksini tapmayıb”.

Tramp Nümayəndələr Palatasına mesajında “bu qanun Çin və Rusiyaya hədiyyədir” yazsa da, xırdalıqlara varmayıb.

Prezident bu qanunun 19-cu əsrin Vətəndaş Müharibəsinin konfederat liderlərinin adlarını daşıyan hərbi bazalardan bu adların götürülməsini nəzərdə tutan müddəasından narazıdır.

O habelə millət vəkillərini onun fikrincə ona qarşı qərəzli mövqe tutan sosial media şirkətlərinə məhdudiyyət qoyulmasını nəzərdə tutan müddəaların əlavə olunmasına çağırıb.

Budəfəki veto dəstəklənməyə bilər

Trampın bundan əvvəlki vetoları onun partiyadaşları olan respublikaçıların dəstəyi sayəsində qüvvədə qalsa da, müşavirlər deyirlər ki, onun vəzifəsindən getmək ərəfəsində qoyduğu bu veto böyük bir ehtimalla dəstəklənməyəcək.

Trampın vetosundan əvvəl Senatdakı respublikaçı çoxluğun lideri, prezidentin ən qızğın tərəfdarlarından biri olan Miç Makkonnel demişdi ki, bu qanun Çin təcavüzünün cilovlanmasına kömək edəcək.

O adətən tutduğu mövqeyə zidd olaraq, Trampın veto hədəsinə baxmayaraq bu qanuna səs verilməsinə çağırmışdı.

Makkonnel demişdi ki, Konqres müdafiə siyasəti qanununu dəstəkləməklə özünün 60 illik ənənəsinə sadiq qalmalıdır.

XS
SM
MD
LG