►ABŞ siyasətində görünməmiş olay
Respublikaçılar Partiyası daxilində ixtilaflar üzə çıxdı.
Keçmiş Massaçussetts qubernatoru və 2012-ci ildə prezidentliyə namizəd olmuş Mitt Romney üzvü olduğu Respublikaçılar Partiyasının ölkə prezidentliyə ən şanslı iddiaçısı Donald Trump-ı "yıxıb-sürüyüb"
Trumpı sərt tənqid edərək onu "qeyri-səmimi" və "saxta" adlandırıb.
Respublikaçıların prezidentliyə digər keçmiş namizədi, nüfuzlu senator, Vyetnam müharibəsi qəhrəmanı John McCain də bu tənqidlərə qoşulub.
O deyib ki, Trumpın milli təhlükəsizlik barədə bəyanatları "məlumatsız adamın fikirləridir və həqiqətən təhlükəlidir".
Trump Romney-nin tənqidinə cavab olaraq nə deyib? Deyib ki, Romney vaxtilə onun yardımına möhtac olmuş birisidir. Prezidentliyə namizəd olan zaman bu dəstək çün hətta duz üstə çökməyə də hazır olub. Trump onu "uğursuz namizəd" adlandırıb.
Romney partiyadaşlarını partiyanın iyulda keçiriləcək Klivlend toplantısında Trumpın rəqiblərinə səs verməyə, bununla da onu qələbələrdən məhrum etməyə çağırıb.
Partiyadaxili seçkilərsə davam edir. Bu çağırışa qoşulanlar Respublikaçılar Partityasının 15 mart praymerizində Trumpın bütün böyük ştatlarda, o cümlədən Florida və Ohayoda qələbəsinin qarşısını almalıdırlar.
Bunun üçün seçicilər hər ştatda Trumpın ən labüd alternativinə səs verməlidirlər.
____________________________________________________________
Bunlara da bax:
-
İranda qalmaqal: "Parlament qadınların və eşşəklərin yeri deyil"
-
Keçmiş başçı: “Nə deyiblərsə düzdür”
____________________________________________________________
Seçki hüquqları üzrə ekspert, respublikaçı Ben Ginsberg deyib ki, əgər Donald Trump Ohayo və Floridada praymerizi udsa onda onun qarşısını heç kim ala bilməz.
Hazırda Trump 10 ştatda praymerizlərdə qələbə qazanıb. Onun hazırda 319 nümayəndəsi var ki, bu da digər respublikaçı namizədlərinkindən çoxdur. Beləliklə o, respublikaçıların prezidentliyə namizədi olmaq yarışını udmağa ən çox şansı olan şəxsdir.
Bildirilir ki, bir çox partiya liderlərinin Trump-a qarşı çıxmaq istəyi bu vaxta ictimailəşməyib, ancaq Romney-nin uğurlu kampaniyası bu hərəkatı açıq hücuma məcbur edib.
Romney Trumpı Amerika demokratiyasına fundamental təhlükə adlandırıb. "Əgər biz, Respublikaçılar Donald Trumpı öz namizədimiz seçsək, təhlükəsiz və firavan gələcək ehtimalı xeyli azalacaq," deyə Romney Yuta Universitetində etdiyi çıxışda deyib.
Buna da bax...