Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:48

FT: Türkiyə bankları 'Mir' kartlarınından istifadəni dayandırır


Rusiyanın MİR kartının tətbiqi Azərbaycan və Türkiyəyə nələr vəd edir?
Gözlə

No media source currently available

0:00 0:14:57 0:00

Rusiyanın MİR kartının tətbiqi Azərbaycan və Türkiyəyə nələr vəd edir?

“Financial Times”  ötən həftə Türkiyəyə xəbərdarlıqlar haqda yazmışdı

Türkiyənin iki böyük bankı Rusiyanın Mir ödəniş sistemindən istifadəni dayandırıb. “The Financial Times” qəzeti bunun Vaşinqtonun xəbərdarlıqlarından sonra baş verdiyini yazır.

Xəbərdarlıqdan sonra

“İşbank”ın sözçüsü deyib ki, bank ödəniş sistemindən istifadəni müvəqqəti dayandırıb, eyni zamanda ABŞ-ın yeni təlimatını dəyərləndirir.

DenizBank da Mir-lə əməliyyatları dayandırıb, ötən həftə sonundan bu ödəniş sistemini dondurub. Məlumatı qəzetə məsələdən agah bir nəfər verib.

“Financial Times” ötən həftə Türkiyəyə xəbərdarlıqlar haqda yazmışdı. Qərb rəsmiləri Türkiyənin Rusiyaya sanksiyalardan mümkün yayınmasıyla əlaqədar təzyiqi artıracağını deyirdilər. Onlar Mir sisteminə mümkün qanunsuz maliyyə mənbəyi kimi baxdıqlarını söyləmişdilər.

ABŞ Xəzinədarlığının daha sonra dərc etdiyi təlimatda xəbərdarlıq olunurdu ki, Birləşmiş Ştatlardan kənarda bu ödəniş sisteminin operatoruyla yeni, yaxud genişləndirilmiş razılaşma quranlar “Rusiyanın ABŞ sanksiyalarından yayınma cəhdlərinə dəstəkləmək riski” yaradırlar.

Türkiyənin tikinti şirkətləri Rusiyada gördükləri işin pulunu ala bilmirlər
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Mir-ə qoşulanlar

İşbank və DenizBank-dan əlavə dövlətə məxsus VakıfBank, Ziraat Bank və Halkbank da Mir ödəniş sisteminin üzvləridir. Rusiya mərkəzi bankı bu sistemi Visa və Mastercard-a alternativ kimi yaranır.

Onlardan ikisi – BƏƏ-yə məxsus DenizBank və Halkbank isə Mir-ə Rusiya fevralın sonunda Ukraynaya tammiqyaslı hücuma başlayandan sonra qoşulublar.

VakıfBank bildirib ki, İşbank-ın Mir-lə əməliyyatları dayandırması haqda xəbərləri görüb, ancaq öz siyasətində hər hansı dəyişiklik yoxdur.

Qəzet Halkbank və Ziraat Bank-dan açıqlama ala bilməyib.

Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücum əmri verəndən Qərbin sərt sanksiyaları ilə üzləşib. Türkiyə sanksiyalara qoşulmayıb. Amma rəsmilər ölkənin sanksiyalardan yayınma habına çevrilməyəcəyini deyirlər.

Digər tərəfdən, Prezident Rəcəb Tayyib Ərdoğan Moskvayla iqtisadi əməkdaşlığı dərinləşdirməyi vəd edir.

XS
SM
MD
LG