Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:32

Ərdoğan Türkiyədə son 100 ilin ilk kilsəsini açır və vasitəçilik təklif edir


Diyarbakırdakı süryani kilsəsində Milad mərasimi ( Arxiv fotosu)
Diyarbakırdakı süryani kilsəsində Milad mərasimi ( Arxiv fotosu)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan respublikanın yüz illik tarixində ölkədə tikilmiş ilk kiləsinin açılışını edib.

Türkiyə mediası yazır ki, İstanbulun Avropa hissəsindəki Yeşilköyün qonşuluğunda Müqəddəs Yefrem Süryani Pravovoslav Kilsəsinin tikintisi artıq bir neçə il idi davam edirdi.

Açılış mərasimində danışan prezident deyib:

“Mən ümid edirəm ki, bu kilsə süryani icmasına xoşbəxtlik gətirəcək. Bütün əməyi keçənlərə təşəkkürümü bildirirəm. Biz bu işi süryani icmasının rəhbərləri ilə koordinasiyada görmüşük və bütün lazımi addımları atmışıq. Bugünədək toplam 1084 mülk qeydə alınıb və onlardan 113-ü süryani icmasına aiddir”.

Bu da qeyd olunur ki, beşmərtəbəli kilsə Roma katolik qəbirstanlığının yaxınlığındakı boş ərazidə tikilib.

Bu kilsə tikintisinin bünövrə daşını da 2019-cu ildə Ərdoğan qoymuşdu.

Kilsənin açılışı zəlzələyə görə bir neçə dəfə təxirə salınmışdı.

Bu həftənin əvvəllərində Assuriya Kadim fondunun prezidenti Sait Susin gözlənilən inauqurasiya ilə bağlı sevinc və həyəcanlını ifadə etmişdi.

O AFP agentliyinə bu barədə demişdi:

"Bu Türkiyə Respublikasının əsası qoyulandan bəri ölkədə açılmış ilk yeni kilsədir”.

Hazırda İstanbulda 17 min süryani sakinin yaşadığı bildirilir. Amma sözü gedən kilsə 750 möminin eyni vaxtda ibadəti üçün nəzərdə tutulub.

Assuriya Xristianlığının kökü Türkiyə və Suriya əraziləri boyunca eramızın birinci yüzilliyinə gedib çıxır.

Vasitəçilik təklifi

Kiləsinin açılış mərasimində çıxış edən Ərdoğan həm də İsraildə baş verən qanlı hadisələrə toxunub.

O deyib ki, Ankara israillilər və fələstinlilər arasında döyüşün dayandırılması üçün diplomatik səylərini artıracaq.

Ərdoğan bir daha vurğulayıb ki, Fələstin probleminin həlli iki dövlət prinsipindədir.

Reuters agentliyi yazır ki, keçmişdə fələstinlilərə geniş dəstək vermiş və Həmas qruplaşmasını himayə etmiş Türkiyə gərginliyin diplomatik yolla azaldılmasında vasitəçilik etməyə hazır olduğunu bildirir.

Ağdərəyə qayıdışı gözləyən köçkünlər: 'Noolar erməni olanda....'
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

Bütün problemlərin kökündə bu münaqişə dayanır

Ərdoğan İstanbulda etdiyi çıxışda hər iki tərəfi münaqişəni qızışdıra biləcək addımlardan çəkinməyə çağırıb.

O deyib ki, Yaxın Şərqdəki bütün problemlərin kökündə İsrail-Fələstin münaqişəsi dayanır:

"Bu məsələ ədalətli həllini tapmayana qədər bizim regionumuz sülh həsrəti ilə yaşayacaq. Bu mənada biz həmişə vurğulamışıq ki, iki dövlət perspektivinin saxlanması çox mühümdür”.

Ərdoğan əlavə edib ki, 1967-ci ilin sərhədləri əsasında müstəqil və bütöv, habelə paytaxtı Yerusəlim olan Fələstin dövlətinin yaradılması artıq “gecikdirilməsi mümkün olmayan” məsələdir:

"Ədalət gecikdirildikcə bunun bədbəxtçilik bədəlini fələstinlilər, israillilər və region ödəyir”.

Reuters yazır ki, Həmas qruplaşmasının İsrail ərazisinə basqını başlanandan bəri Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ, Fələstin, İspaniya, Qatar, İran, Misir və İordaniyadan olan həmkarları ilə əlaqədə olub.

Ötən bazar günü İsrailin Ankaradakı səfiri deyib ki, vasitəçilik barədə danışmaq hələ tezdir.

O əlavə edib ki, Həmasın Türkiyə və ya başqa bir ölkədə mövcudluğuna yol verilməməlidir.

XS
SM
MD
LG