►Türkiyənin Moskvadakı səfirliyi daşa basılıb.
Bu barədə Lenta.ru-nun əməkdaşı noyabrın 25-də hadisə yerindən xəbər verir.
Onun sözlərinə görə səfirliyin pəncərələri sındırılıb.
Polislər səfirliyin ətrafında növbə çəkir. Onlar binaya gələn yolları bağlamağa cəhd göstərirlər.
Qeyd edək ki, Türkiyə hərbi-hava qüvvələrinin noyabrın 24-də Suriyada əməliyyat keçirən SU-24 təyyarəsini vurması iki ölkə arasındakı münasibətləri gərginləşdirib.
Türkiyə təyyarənin onun hava hüdudunu pozduğunu deyir.
Moskva isə bunu inkar edir.