Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:39

Türkiyə vətəndaşları Livandan təxliyə olunur


Beyrut limanı
Beyrut limanı

İsrailin Hizbullaha qarşı əməliyyatlarının gücləndiyi bir vaxtda 2000-dək Türkiyə vətəndaşı və onların ailə üzvləri iki gəmidə Livandan evakuasiyaya başlayıb.

Reuters agentliyinin yazdığına görə Beyrut portuna toplaşmaqda olan Türkiyə vətəndaşları ölkədəki təhlükəsizlik və iqtisadi durumun getdikcə pisləşdiyini bildirirlər.

İssa Melek adlı Türkiyə vətəndaşı Reutersə deyib:

“Biz artıq burdakı vəziyyətə dözə bilmirik. Bu ölkənin hara getdiyi bilinmir. Mühasirə genişlənir. Çörək yoxdur. Livanda gələcək yoxdur”.

Türkiyə Livana humanitar yardımlar göndərir

Sözü gedən gəmilər əvvəlcə Beyrut limanında gətirdikləri humanitar yardımı boşaldırlar. Türkiyənin Müdafiə Nazirilyi bildirir ki, gəmilər 300 ton humanitar yardım gətiriblər.

Türkiyənin Livandakı səfiri Ali Barış Ulusoy deyir ki, humanitar yük əsasən çarpayılardan, çadırlardan, yataq örtüklərindən, ərzaqdan, mətbəx ləvazimatından və gigiyena əşyalarından ibarətdir.

Gəmilər limana gəlməzdən əvvəl sərnişinlər qeydiyyatdan keçərək yüklərini gözləyirlər.

Türkiyə və Livan ikili vətəndaşlığı olan Meryem Derviş deyir ki, o 80 yaşlı türk atası ilə evakuasiya olunur.

Türkiyəyə əcnəbilər də evakuasiya olunurlar

Gəmilərin Türkiyənin Aralıq dənizindəki Mersin limanına oktyabrın 10-da çatacağı gözlənilir.

Bu həftənin əvvəllərində bir mənbə Livanda 14 minədək Türkiyə vətəndaşının olduğunu bildirmişdi.

Bu iki gəmidən başqa Türkiyə öz vətəndaşlarını Livandan çıxarmaq üçün kommersiya reysləri açıb.

Türkiyə bundan əvvəl bildirmişdi ki, Ankara xarici vətəndaşların Livandan mümkün təxliyəsinin təşkili üçün 20 ölkə ilə işləyir.

Ötən həftə Livandan Türkiyəyə gəmi ilə yüzlərlə xarici vətəndaş gəlib.

XS
SM
MD
LG