Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:57

Yunanıstan Türkiyə ilə sərhəddə 40 kilometrlik hasar çəkib


Ədrnə-Türkiyə-Yunanıstan sərhədində miqrantlar, 4 mart, 2020
Ədrnə-Türkiyə-Yunanıstan sərhədində miqrantlar, 4 mart, 2020

Reütersin məlumatına görə, məqsəd Əfqanıstandakı vəziyyətə görə, Avropaya gözlənən yeni qaçqın axınının qarşısını almaqdır

Yunanıstan, avqustun 20-də Türkiyə ilə sərhəddə 40 kilometrlik səddin tikintisi və yeni müşahidə kameralarının quraşdırılmasını başa çatdırıb.

Reütersin məlumatına görə, məqsəd Əfqanıstandakı vəziyyətə görə, Avropaya gözlənən yeni qaçqın axınının qarşısını almaqdır.

Agentlik yazır ki, Yunanıstan bu böhranın ön xəttində yerləşir və buna görə ölkənin sərhəd qoşunları hazırlıq vəziyyətinə gətirilib.

Ölkə rəsmiləri avqustun 20-də ötən il Türkiyə ilə sərhədboyu başlanmış tikinti işlərinin başa şatdırılması və orda quraşdırılmış elektron müşahidə sistemi ilə tanış olublar.

Reüters agentliyinin məlumatına görə, Yunanıstanın baş naziri Kyriakos Mitsotakis Türkiyə prezidenti Racep Tayyip Erdoganla Əfqanıstandakı vəziyyəti müzakirə etməlidir.

Erdoqan da bir gün öncə, Əfqanıstandan qanunsuz miqrant axınının qarşısını almaq üçün Türkiyənin İran sərhədi boyunca tədbirlər gördüyünü bildirib.

Qeyd edək ki, ABŞ-in rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri mayın 1-dən Əfqanıstanı tək etməyə başladıqdan sonra, Taliban ölkədə hakimiyyəti silahlı yolla zəbt edib.

Əfqanıstan prezidenti Ashraf Ghani və digər ölkə rəsmiləri avqustun 15-də ölkəni tərk etdikdən dərhal sonra Taliban yaraqlıları paytaxt Kabili də tam nəzarətə götürdülər.

Amma qərb ölkələrinin öz vətəndaşlarını evakuasiya etməsi üçün, Kabil hava limanı hələlik beynəlxalq qüvvələrin nəzarətindədir.

Hazırda bütün ölkə tam Taliban hərəkatının nəzarətindədir.

XS
SM
MD
LG