Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:17

Ucarda sahibkarların torpaqları əllərindən alınır, özü də polislə


Ucarın Şilyan kəndi, icra nümayəndəsi torpaqla bağlı sahibkarlarla söhbət edir, 17 mart 2017
Ucarın Şilyan kəndi, icra nümayəndəsi torpaqla bağlı sahibkarlarla söhbət edir, 17 mart 2017

Fermer: “Traktorun yanında 30-40 əlidəyənəkli polis də gəlir”

“İndi polis gücünə mal-qaranı örüşdən çıxarır və deyirlər ki, hökumət bu torpaqlarda pambıq əkmək qərarına gəlib. İcra hakimiyyəti hara traktor göndərirsə, yanına 30-40 əlidəyənəkli polis də qoşur ki, adamların ürəyinə xof salsın. Bir sahibkardan ötrü iş qurduğu torpağı itirmək nədir, bilirsiniz? Belini sındırsalar, ondan yaxşıdır. Bu dövlətə, onun qanunlarına arxayın olub ev-eşiyimizi, var-yoxumuzu banklarda girov qoymuşuq, yüksək faizlərlə iri məbləğlər götürüb yüzlərlə xırdabuynuzlu, iribuynuzlu mal-qara alıb örüşə buraxmışıq. Həyatmızı, yaxşı-pis, birtəhər qurmuşuq. İndi polis gücünə mal-qaranı örüşdən çıxarır və deyirlər ki, hökumət bu torpaqlarda pambıq əkmək qərarına gəlib”.
Bunu AzadlıqRadiosu-na heyvandarlıqla məşğul olan Balağa Əlbəşirov deyir.

“Heyvanlarımızla ortada qalmışıq”

Ucar Rayon İcra Hakimiyyəti başçısının rayon ərazisindəki hektarlarla örüş sahəsini boşaltmaq göstərişi heyvandarlıqla məşğul sahibkarları qəzəbləndirib. Onlar AzadlıqRadiosu-na danışıblar ki, martın 17-də rayonun Şilyan kənd ərazisindəki təxminən 30 min hektar örüş sahəsində pambıq əkilib. Etirazını bildiriən sahibkarları əraziyə göndərilən polislər kənarlaşdırıb. Sahibkarların sözlərinə görə, “çox danışanı” həbslə hədələyirlər.

Ucar, fermerlə icra nümayəndəsinin mübahisəsi, texnika hazır vəziyyətdə, əraziyə polis də gəlib, 17 mart 2017
Ucar, fermerlə icra nümayəndəsinin mübahisəsi, texnika hazır vəziyyətdə, əraziyə polis də gəlib, 17 mart 2017

Balağa Əlbəşirov icarəsindəki 80 hektar sahənin 30 hektarında pambıq əkildiyini deyir. İndi o, 400 qoyunu və 12 baş qaramalı harada otaracağını bilmir:

“450 baş qoyun da qardaşımdadır. Təkcə mənim qohumlarımın toplam 5 minə yaxın qoyunu var. Başqa yerdə örüş sahəsi də ayırmayıblar ki, heyvanlarımızı ora köçürək. Heyvanlarımızla ortada qalmışıq”.

“Əlimizdə icarə müqavilələri, dövlət aktları var”

Sahibkar Məsim Məsimovun icarəsindəki, nə az-nə çox – 400 hektar sahədə pambıq əkilib. Deyir, icra hakimiyyəti ona sahibkarlıq fəaliyyətini davam etdirməyə bircə qarış da sahə saxlamayıb:

“Əlimizdə icarə müqavilələri, dövlət aktları var. Başçı məhkəmə qərarı olmadan müqavilələrə birtərəfli xitam verdiyini, dövlət aktlarını ləğv etdiyini bildirir. Bu qədər sahibkar məmurların özbaşınalıq və tamahının qurbanına çevrilib”.

Imishli rayonunda örüş sahəsi, 14 aprel 2014
Imishli rayonunda örüş sahəsi, 14 aprel 2014



İcra hakimiyyəti: “Çətinliklər müvəqqətidir”

Ucar Rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, ötən ilin sonundan sahibkarlara örüş sahələrinə olan icarə müqavilələrinin birtərəfli ləğv olunacağı barədə xəbərdarlıq edilib:

“Prezidentin göstərişi var, pambıq əkini genişləndirilməlidir. O torpaqlar da pambıq əkməyə münbit torpaqlardır. Heyvandarlıqla məşğul sahibkarlara başqa ərazilərdən örüş sahələri ayrılacaq. Onların çətinlikləri müvəqqətidir”.

XS
SM
MD
LG