Donetsk aeroportunun kimin əlində olduğu bilinmir
Reuter agentliyinin yaydığı bu götüntülər Donetsk aeroportunun tərk edildiyindən xəbər verir. Rəsmi Kiyev aeroportun Ukraynanın nəzarəti altında olduğunu iddia edir, sadəcə olaraq videoda Ukrayna hərbçilərinin müdafiə mövqelərinin görünmədiyini iddia edir. 1 gün əvvəl müdafiə naziri Heletey bəyan etmişdi ki, Rusiyanın nizami qoşun hissələri Donetsk şəhərinə daxil olub. AzadlıqRadiosunun müxbiri də aeroportun alınması xəbərini təsdiq etmirdi. Bazar günü Ukrayna ordusu Luqansk aeroportunu əldən verməyə məcbur olmuşdu. Hər 2 aeroport təmir edildikdən sonra Rusiyadan gələn yük təyyarələrini qəbul edə, Rusiyanın Kiyevə qarşı döyüşən silahlı birləşmələri ancaq quru yolları ilə deyil, hava ilə də təmin etmək imkanı qazana bilər. (Reuters)