Ukraynada Avropa Birliyi tərəfdarları ilə polis arasında qarşıdurma olub
Noyabrın 29-da Kiyevdə polislə aksiyaçılar arasında qarşıdurma yaranıb. Avropa Birliyi ilə daha sıx əlaqələr tələb edən müxalifət fəalları Prezident Viktor Yanukovych-dən bu birliklə Assosiasiya Razılaşması imzalamaq tələbilə aksiyalarını davam etdiriblər. Qarşıdurma da həmin aksiya zamanı yaranıb.