14:09
9.5.2014
Ukraynanın şərqində gərginlik mərkəzlərindən biri də Donets vilayətinin cənubunda, Azov dənizi sahilindəki Mariupol şəhəridir. Burada uzun müddət şəhər sovetinin binasını zəbt edən separatçılar silah gücünə binadan çıxarılıb. Bundan sonra şəhərdə bir neçə də şiddətli atışmalar olub. Mayın 9-da da Mariupoldan silahlı toqquşmalar haqda xəbərlər gəlir.
13:36
9.5.2014
Ukrayna ilə Rusiya arasındakı qarşıdurma 2-ci dünya müharibəsinin qeyd olunmasında da əksini tapır. Məlum olduğu kimi Qərb dünyası Hitler Almanisyası üzərində qələbəni mayın 8-də, SSR və Rusiya isə həmişə mayın 9-da qeyd edirdi. Bu ilk dəfə olaraq, Ukrayna rəsmiləri bayramı hər 2 gündə keçirir. Rusiyada isə Hərbi paradda iştirak edən Vladimir Putin dərhal da Krıma uçub. Ukrayna bu addımı təxribat adlanır.