Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 19:08

Poroshenkonun sülh təşəbbüsü, Slavyansk meri devrildi (Ukrayna xronikası)

- Ukrayna təhlükəsizlik qüvvələri separatçılara qarşı əməliyyatına əks tərəf Ukrayna-Rusiya sərhədindəki hərbi hissələrə hücumlarla cavab verir. Döyüşlərin şiddəti, hərbi toqquşmaların miqyası günü-gündən artır.

- Ukrayna prezidenti döyüş bölgələrindən dinc əhalinin çıxarılması haqda göstəriş verib

- Slavyanskda və Kramatorskda ağır döyüşlər davam edir. Donbass-ın digər şəhərlərindən də həyəcanlı xəbərlər daxil olmaqdadır


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
12:30 11.6.2014
Ukrayna hadisələrindən hazırladığımız bu canlı bloqun yenilənməsi iyunun 10-da dayandırılıb. Ukraynada baş verən son hadisələri burada izləmək olar
23:20 10.6.2014

MÜHARİBƏ DAYANMAQ BİLMİR


Slavyansk şəhərindən növbəti video YT-da Ukrayna ordusunun "Qrad" qurğusunun məhv edilməsi kmi təqdim olunur. Görüntüdə isə ancaq yanğın var, daha çox yanacaq gölünün alovlanmasına bənzəyir. Qrada dəlalət etməsə də müharibənin davam etdiyinə bir sübutdur. İyunun 10-da Slavyasnkda, Donetsk yaxınlığında, Kramatorskda, Torezdə, Luqansk beynəlxalq aeroportu ətrafında döyüşlərin davam etməsi haqda xəbərlər daxil olub. Separatçılar iddia edirlər ki, Luqansk aeroportunda mühasirəyə alınmış Ukrayna Milli qvardiya əsgərləri təslim olmağa hazırlaşırlar. Ukrayna tərəfi təkzib edir, aeroportda Milli qvardiya ümumiyyətlə yoxdur, desantçılardır. Bir sözlə, baş verənlər haqda dəqiq məlumat toplamaq mümkün deyil.
20:56 10.6.2014

SOSİAL MEDİA PONOMAREV XƏBƏRİNİ BELƏ TƏKZİB EDİR


Slavyansk şəhərinin qondarma meri Vyacheslav Ponomarev-un hakimiyyətdən uzaqlaşdırılması haqda məlumatlar hələ ki, öz təsdiqini tapmır. Lakin məlumatın təkzib edənlər də onun köhnə fotolarını yaymaqla vəziyyətə xüsusi aydınlıq gətirmirlər. İyunun 10-da burada gedən ağır döyüşlərdə 2 uşağın həlak olması haqda xəbəri Ukrayna rəsmiləri təsdiq edərək, faciənin təfsilatlarını n aydınlaşdırılacağını vəd edirlər.
20:40 10.6.2014

DONETSKDƏ "HÜQUQİ" DÖVLƏT YARADILIR


Ukraynanın şərqində hakimiyyəti ələ keçirən silahlı qruplaşmalar burada öz qaydalarını tətbiq edir. Donetskdə və Luqanskda hərbi vəziyyət elan edib səfərbərlik keçirmək istəyən kim, girov götürən kim, bəyənmədikləri biznesmenlərin şirkətlərini milliləşdirən kim... Silahlı hakimi-mütləqlər həm qanunverici, həm icraedici, həm də məhkəmə hakimiyyətidirlər. Görüntülərdə 2 nəfər Donetsk küçələrində təmizlik işi aparır. Onların üstünə lövhə yapışdırılıb "Mən oğruyam". Nə oğurlayıblar, haradan oğurlayıblar, kim müəyyən edib ki, oğurluğu məhz bu adamlar edib? Məlum deyil. Ancaq onu demək olar ki, "oğruların" keşiyini çəkən adamın əlindəki avtomat ya Ukrayna silahlı birləşmələrinin anbarından oğurlanıb, ya da qaçaqmalçılıqla Rusiyadan Ukraynaya keçirlib.

Davamı

XS
SM
MD
LG