02:14
6.6.2014
Rusiya hərbi ekspertləri Ukrayna ordusu haqda
Pavel Felgengauer
Rusiya Donetski dəstəkləməyə son qoymasa, Ukraynanın şərqindən yeni Əfqanıstan yarana bilər. (Bu zaman) Rusiyadan tələb olunacaq ki, silah və canlı qüvvə ilə təhcizatı həyata keçirsin, öz ərazisində xüsusi bazalar yaratsın. Sərhəd (Rusiya-Ukrayna) kifayət qədər uzundur. Ukraynalılar onu bağlamağa hazırlaşırlar, amma hələ aydın deyil ki, bunu bacaracaqlar. Çox çətin işdir. Bəs Rusiyaya öz böyründə belə bird aim tüstülənən hərbi münaqişə ocağı lazımdırmı? Moskva bu suala cavab tapmalıdır.
Aleksander Khramchikhin
Hazırki Ukrayna ordusu birinci Çeçen müharibəsindəki Rusiya ordusundan da pis gündədir. Hətta deyərdim, Yuqolaviyadakı çoxsaylı orduların hər birindən də bərbad vəziyyətdədir. Münaqişəni indiki vəziyyətdə davam etdirmək üçün şərqi Ukrayna separatçılarına Rusiyadan çox cüzi yardım tələb olunur. Kömək olmasa Donetsk və Luqansk hətta belə bir pərakəndə Ukrayna ordusu qarşısında da davam gətirə bilməzdilər, qüvvələr nisbəti hesabına əzilərdilər. Kiyevdə kifayət qədər qətiyyət var, amma qətiyyən heç bir hərbi hazırlığı yoxdur. İstənilən halda, kiçik panikadan sonra separatçılar bir qədər özlərinə gəldilər – xüsusilə Luqansk vilayətində bir neçə sərhəd zastavasını ələ keçirəndən sonra.Rusiya hərbi ekspertlərinin Donbass proqnozları
02:37
6.6.2014
SLAVYANSKDA 5 İYUN DÖYÜŞLƏRİNDƏN BİR GÖRÜNTÜ
Slvayansk, döyüşən tərəflərin təşəbbüsü əldən-ələ veridyi bir məkana çevrilib. İyunun 2-də burada güclü hücuma keçən Ukrayna ordusunun diqqətini yayındırmaq üçün Lugansk vilayətində separatçı dəstələrin əməliyyatları başladı. İyunun 4-də açıqlanan telefon danışıqlarında separatçıların Slavyasnka sursat və canlı qüvvə göndərilməsi haqda danışılır. Separatçıların sırasında döyüşən Rusiya kazaklarının atamanı deyir ki, 11 nəfərli qruplar yaradıb, Ukrayna ordusunun arxasına göndərmək, onlara pusqudan hücum etmək lazımdır.
02:46
6.6.2014
Vinnitsada #Ukrayna prezidenti #Poroshenko-nun yerli secki qerargahinin rehberi qetle yetirlib. DIN - onun meyiti oz mashinda tapilib
— AzadliqRadiosu (@RadioAzadliq) 5.6.2014
11:04
6.6.2014
#Ukrayna Sərhəd keşikçiləri «aşırı gərginlik» səbəbindən geri çəkilib http://t.co/aT6xfyPyKU
— AzadliqRadiosu (@RadioAzadliq) 6.6.2014