Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:39

Rusiya Ukraynaya yeni zərbələr endirir


Ukraynada dağıdılmış evin sakini
Ukraynada dağıdılmış evin sakini

Noyabrın 3-də Ukrayna qüvvələri bir neçə yerdə Rusiyanın hücumları ilə üzləşiblər. Moskva hücumu gücləndirib, infrastruktura ağır zərbələr endirib.

Ukraynanın cənubundakı Zaporojye atom elektrik stansiyası isə yenidən elektrik şəbəkəsindən ayrılıb. Səbəb yüksək gərginlikli xətlərin zərbələr nəticəsində sıradan çıxmasıdır. Ukraynanın Enerhoatom nüvə şirkəti zavodun yalnız dizel generatorlarının ümidinə qaldığını bildirir.

Cermux sakini: 'Azərbaycan hərbçilərini hələ də orda görürük'
Gözlə

No media source currently available

0:00 0:04:42 0:00

Rusiya qüvvələri hücuma keçib

Silahlı Qüvvələrin Baş Qərargahı noyabrın 3-də brifinqdə bildirib ki, ölkənin şərqində ağır döyüşlər gedir. Rusiya qüvvələri şərqi Donetsk vilayətindəki Baxmut, Avdiyevka və Novopavlovkada hücum əməliyyatları aparır.

Ordunun məlumatına görə, rusiyalılar Donetsk və qonşu Luqanskda 12 yerdə hücum gerçəkləşdiriblər.

Luqanskda Rusiya qüvvələrinin dinc sakinlərdən qalxan kimi istifadə etdiyi deyilsə də, bu iddianı müstəqil təsdiqlətmək mümkün olmayıb.

Son bir neçə həftədə Rusiya Ukraynanın mülki və enerji infrastrukturunu hədəfə alır, elektrik və su təchizatında fasilələr yaranır.

Cənubda əkshücum və evakuasiya

Cənubda isə Ukraynanın əkshücumu Rusiya qüvvələrini Dnepr çayının sağ sahilində, Xerson şəhəri ətrafındakı mövqelərini qorumağa məcbur edir. Moskvanın təyin etdiyi hakimiyyət sakinləri evakuasiya olunmağa çağırıb.

Nova Zburivka kəndinin sakinlərinə köçmək üçün üç gün vaxt verilib, noyabrın 5-dən evakuasiyanın məcburi olacağı deyilib.

Noyabrın 3-də kənd təsərrüfatı məhsulları ilə dolu yeddi gəmi Ukraynanın Qara dəniz limanlarından çıxıb. Bir gün öncə Ukrayna taxılının xarici bazarlara çatdırılmasını nəzərdə tutan saziş bərpa olunub. 290 min ton məhsul yüklənmiş gəmilər Avropa və Asiya ölkələrinə yola düşüb. Məlumatı Ukraynanın İnfrastruktur Nazirliyi yayıb.

XS
SM
MD
LG