19:10
5.5.2014
AzadliqRadiosu Ukrayna xidmətinin xəbərlərindən.
- Slovyanskda Ukrayna televiziyasının yayımı bərpa olunub. Yaxınlıqdakı teleötürücü stansiya separatçılardan təmizlənib.
- Rusiyameylli qüvvələr Ukrayna ordusuna qarşı yeni təxribat yolu tapıb. Özünü hökumət qoşunlarına rəğbət göstərən yerli sakinlər kimi qələmə verən mülki geyimli şəxslər əsgərlər arasında zəhərli yemək paylayırlar.
18:46
5.5.2014
100 eşidincə 1 gör. #Ukrayna-dan son günlərin fotolarını 1 yerə topladıq http://t.co/bypwZOvKvx
— AzadliqRadiosu (@RadioAzadliq) 5.5.2014
18:43
5.5.2014
Slavyanskdan daha bir videoda separatçıların BMD-lərdə və Jep maşınında hərəkət etdiyi görünür. Maşının atəş altından çıxdığı görünür - şüşəsi sınıb, qapısında deşiklər var. Uzaqdan isə həyəcan siqnalının səsi gəlir. Ukrayna hökumət qoşunları bu siqnalı antiterror əməliyyatından əvvəl səsləndirilər ki, dinc sakinlər evlərindən qalaraq həyatlarını təhlükəyə məruz qoymasınlar.
Ukrayna rəsmiləri mayın 5-də burada gedən döyüşlərdə 4 əsgərin öldüyünü deyirlər. Rusiyapərəst media separatçıların itkilərinin 20 nəfər olduğunu xəbər verir. Döyüş davam etdiyindən məlumatları dəqiqləşdirmək çətindir.
Hadisələrin gedişini bizim bloqda izlə
17:29
5.5.2014
Separatçılar Slavyanskın silahlı müqavimətini belə təşkil edirlər
Mayın 5-də separatçıların əsas silahlı müqavimət mərkəzi olan Slavyansk şəhəri ətrafında yeni döyüşlər başlayıb. Şəhəri mühasirəyə alan Ukrayna hökumət qoşunları ilə separatçılar arasındakı silahlı toqquşmalarda hər 2 tərəfdən itki olduğu bildirilir. Reuters agentliyinin Slavyanskın separatçıların əlındə olan məhəllərindən görüntüləri