16:55
6.5.2014
Ukraynanın Rusiya ilə şərq sərhədləri açıq olduğundan Rusiyadan silahlı qüvvələr Ukraynaya maneəsiz daxil ola bilir. AzadliqRadiosu Ruisya xidməti xəbər verir ki, mayın 3-dən Donbassdakı Antrasit şəhərinə Rusiyadan gələn silahlı kazaklar nəzarət edir. Şəhər sovetinin binası üzərində Rusiyanın və Don ordusunun bayraqları qaldırılıb. Hələ aprel ayında şəhərin meri elan etmişdi ki, hakimiyyəti Don kazaklarına təhvil verir. Videoda Kazakların növbəti dəstəsi Antrasitə daxil olur, onları Ukrayna polisinin maşını müşayət edir.
09:51
6.5.2014
#Ukrayna «Öz ərazimizdə bizə qarşı müharibə gedir» http://t.co/MWxBdHXKB3
— AzadliqRadiosu (@RadioAzadliq) 6.5.2014
23:50
5.5.2014
Slavyanskda günün sonuna vəziyyət belədir. Separatçılar şəhərin mərkəzində, hökumət qoşunları ətrafında. Ağır döyüşlər səngiyib. Ara-sıra atəş səsləri eşidlir. Ukrayna antiterror əməliyyatının zabiti qərb jurnalistlərinə izah edir: "mülki əhali arasında itkilərqədn qaşmaq üçün çox ehtiyyatla, "addım-addım" irəliləməyə məcburuq".
23:11
5.5.2014
Mayın 2-dən etibarən Moskva-Donetsk təyyarələrinin uçuşu dayandırılıb. Bu haqda Prokofiev adına Donetsk beynəlxalq aeroportunun FB səhifəsində məlumat yerləşdirilib. Bildirilir ki, qərar aeroport tərəfindən deyil, onların tabe olduğu Ukrayna Hava nəqliyyatı idarəsi tərəfindən verilib. Donetsk aeroportu Ukraynanın ən böyük aeroportlarından biridir.