Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:34

'Siz hər dəfə toplaşanda başçıya söz gəlir'


Bakıda yataqxana.
Bakıda yataqxana.

Bakının “Xətai rayonu, Gəncə prospekti, 20A” ünvanında yaşayan Cəmilə Tanrıverdiyeva bir həftəyə yaxındır yaxın qohum evinə sığınıb.

Bir qismi qapısını qıfıllayıb, bir qismi...

Onun daimi yaşadığı binada köçkünlər məskunlaşıb, amma bura uzun illərdir qəzalı vəziyyətdədir. Sakinlər köçürülmələri üçün dəfələrlə müxtəlif qurumların qarşısında toplaşıb, duruma etirazlarını dilə gətiriblər. Görünən odur ki, onların bir qismi qapısını qıfıllayaraq başqa ünvana yerləşib, bir qismi də qəzalı binada yaşamağa davam edir.

Buna da bax:​ 'Bu binada yuxarıda biri ayaqyoluna gedəndə...'

“Dedik, nəyi gözləyirsiniz?”

“O günlərdə yenə toplaşdıq, icra hakimiyyətinin işçiləri gəldilər, yalvardılar ki, dağılışaq. Hər dəfə toplaşanda başçıya söz gəlir. Dedik, “nəyi gözləyirsiniz? Gərək elə daşların altından ölümüzü çıxarasınız?”, - Cəmilə Tanrıverdiyeva belə deyir.

Sakinlərin sözlərinə görə, bina olduğu yerdən xeyli irəliyə sürüşüb, bunu rəsmi qurumlar da təsdiqləyib. Sakinlərin köçürülməsinin vacibliyini həmin qurumlar da təsdiqləyiblər. Amma hələlik, heç bir irəliləyiş yoxdur.

Bina sakini Əbil Həsənov deyir, adamlar, əsasən, son 6 ayda evlərini tərk edirlər:

Buna da bax: 'İlham Əliyevin portretini göstərdi, dedi, get, evi ondan istə'

“Bina boşalanda qəşəngcə sökəcəklər...”

“Belə düşünürük ki, hökumət hər şeyi özümüzə buraxıb. Gözləyirlər ki, insanlar ölməmək üçün canlarını götürüb qaçsınlar. Bina boşalanda qəşəngcə sökəcəklər, yerində istədiklərini tikəcəklər. Çünki bu durumda bağışlayın, it də davam gətirməz. Mənim 71 yaşım var, bu binanın tualetinə, hamamına, mətbəxinə girməyi özümə təhqir sayıram. Bir düşünsünlər ki, burda insan yanaşır, insana isə belə yanaşmazlar. Ayağımızın altından döşəmə qaçır, bir də görürsən, yuxarı mərtəbədən bir daş plitə guppultuyla gəldi aşağı mərtəbəyə düşdü. İnsanlar dəfələrlə sırf təsadüf nəticəsində ölümdən xilas olublar”.

“Hər an uçmağa hazır...”

Sakinlər otaq və dəhlizlərin divarlarında iri yarıqlar əmələ gəldiyini, daşların hissə-hissə qoparaq, aşağı mərtəbələrə töküldüyünü bildirirlər. Hər an uçmağa hazır olan eyvanlara da ayaq basmaq təhlükəlidir. Bəzi eyvanlarsa çoxdan dağılıb.

Buna da bax:​ Kəndlilər: 'Darvadibidə durum getdikcə pisləşir'

Sakinlər son dəfə noyabrın 14-də yolu kəsməyə cəhd göstəriblər. Səbəb də binada baş verən növbəti silkələnmə olub. Bina sakini Həsən Əvəzov deyir, həmin gecəni küçədəcə oturublar:

“Qorxa-qorxa yaşayırıq”

“Binada növbəti sürüşmə baş verdi. Mən yalnız onu bacardım ki, evdəki yığılıb-açılan çarpayıları götürdüm, bir də sənədləri. Binadan kənarda ədyallarımıza bürünüb səhərəcən oturduq. Vallah, nə edəcəyimizi bilmirik. 3 gün binaya görməyə qorxduq. Elə indinin özündə də qorxa-qorxa yaşayırıq. Getməyə yerimiz yoxdur”.

Sakinlər deyirlər ki, iki il əvvəl hər ailəyə 45 min manat məbləğində kompensasiya vəd olunub, ancaq elə vəd kimi də qalıb. Onlar ayda bir neçə dəfə Nazirlər Kabinetinin, "Qaçqınkom"un qarşısına toplaşır və hökumətdən dərdlərinə çarə umurlar.

Buna da bax: Qapı nömrəsi Nərminənin başına nələr gətirdi...

“Əvvəl “Qaçqınkom” yerbəyer etsin ki..”

Xətai rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə bildirilib ki, yataqxana binası rayon ərazisindəki qəzalı tikililər siyahısındadır: “Ancaq gərək əvvəl “Qaçqınkom” binadakı köçkünləri yerbəyer etsin ki, həmin binayla bağlı sökülmə qərarı icra olunsun”.

“Qaynar xətt”in bu mövzuda suallarına, hələlik, “Qaçqınkom”un bircə cavabı var: “Növbələrini gözləsinlər“.

XS
SM
MD
LG