Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:43

Xırdalanda məskunlaşan köçkünlər də etiraza qalxdı


Bu gün, fevralın 7-də Xırdalan şəhərində məskunlaşan məcburi köçkünlər etiraz aksiyası keçiriblər.

Plan Uçot Texnikumunun yataqxanasında məskunlaşan məcburi köçkünlər mənzillərə sayğac quraşdırılmasına etiraz ediblər.

“Bizə Qarabağ lazımdı, dilənçi pulu yox”, deyən aksiya iştirakçıları məcburi köçkünlərə 36 manat məbləğində aylıq müavinətin müəyyən edilməsinə etiraz ediblər.

Buna da bax:​ Məcburi köçkünlər Qaraçuxurda aksiya keçirir

Onlar “Azərişıq” ASC-nin elektrik sayğaclarını quraşdırmaq istəyən işçilərini yataqxanadan uzaqlaşdırıblar.

Sonradan hadisə yerinə yerli icra hakimiyyətinin nümayəndələri və polis əməkdaşlarının gəldiyi bildirilir.

Etirazçıları sakitləşdirməyə çalışan rəsmilərin məcburi köçkünlərin şikayətlərini dinlədikləri deyilir.

“Kommunal qiymətlər bahalaşıb. Belə bir vaxtda işıq və qaz pulunu ödəyə bilməyəcəyik. Erməni kilsələrinə qazı pulsuz verirsiniz, məcburi köçkünlərə onu pulla satmaq nə qədər doğrudur”, narazı məcburi köçkünlər deyiblər.

Buna da bax:​ Köçkünlər Yasamalda sayğaca 'yox' dedilər

Aksiya 2 saata qədər davam edib. Məcburi köçkünlərin narazılığı nəticə verib - sayğacların quraşdırılması təxirə salınıb.

XATIRLATMA

Prezident İlham Əliyev yanvarın 23-də «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında» fərman imzalayıb.

Buna da bax:​ Məcburi köçkünlər: 'Sayğac istəmirik, torpağımızı istəyirik'

Həmin sənədə əsasən, məcburi köçkünlərə, onlara bərabər tutulan şəxslərə yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər dayandırılır. Bunun əvəzinə onlara hər ay 36 manat vahid aylıq müavinət veriləcək.

Bu son günlər məcburi köçkünlərin etirazları ilə qarşılanıb.

Buna da bax:​

XS
SM
MD
LG