Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 18:46

Xorvatiya prezidenti də Moskvaya getməyəcək. ‘Təyyarəsi xarab olub’


Zoran Milanovic
Zoran Milanovic

Xorvatiya prezidenti Zoran Milanovic də Moskvada iyunun 24-də keçiriləcək qələbə paradına dəvətdən müxtəlif səbəblərlə imtina etmiş dövlər başçılaının siyahısına düşüb.

Bu barədə məlumatı Xorvatiyanın Moskvadakı səfirliyinə istinadən RIA dövlət xəbər agentliyi verib.

Səfirlikdən bildiriblər ki, “prezidentin təyyarəsi xarab olub”.

Bundan əvvəl Türkmənistan, Azərbaycan prezidentləri və Ermənsitanın baş naziri Moskvaya gələ bilməyəcəklərini demişdilər.

İlham Əliyev Nikol Pashinian bunu ölkələrindəki koronavirus yoluxmalarının sürətlə artması və epidemioloji vəziyyətin ağırlığı ilə izah etmişdilər.

Berdymukhammedov "peyğəmbər yaşına" çatıb

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov isə Rusiya prezidenti Vladimir Putinə demişdi ki, iyunun 29-da onun 63 yaşı tamam olacaq.

Onun sözlərinə görə bu, “Məhəmməd Peyğəmbərin yaşı” hesab olunur və mütləq ailədə, yaxın adamların çevrəsində qeyd olunmalıdır. Amma Moskvaya getsəydi prezident ölkəyə qayıdanda iki həftəlik karantində olmalıydı.

Maraqlıdır ki, Berdymukhammedov və onun hökuməti ölkədə koronavirus epidemiyasının olmasını inkar edirlər.

Moskvada keçiriləcək parada gəlməkdən Putinə son dərəcə rəğbətli olan Çexiya prezidenti Milos Zeman da imtina edib. Amma o bildirib ki, Rusiyada pandemiya ilə bağlı vəziyyət mürəkkəbdir.

Moskva paradında iştirak edə bilməyəcəyini Fransa prezidenti Emmanuel Macron də bəyan edib.

Koronavirus iqtidara təhlükədirmi? Freedom House rəsmisi danışır
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

O qədər də çox qonaq olmayacaq

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu rəhbərlərin hamısı 9 may paradına gələcəklərini bildirmişdilər, amma tədbir koronavirus pandemiyası ilə bağlı iyunun 24-ə keçirildi.

Rusiya xarici işlər naziri Sergei Lavrov iyunun 11-də bildirmişdi ki, qələbə paradına gəlmək niyyətini 12 lider bildirib və onların əksəriyyəti keçmiş sovet respublikalarının başçılarıdır.

Son imtinalardan sonra belə görünür ki, Vladimir Putinin böyük təntənə ilə keçirməyə hazırlaşdığı paradda o qədər də çox xarici qonaq olmayacaq.

Hələki gəlməkdən imtina etməyənlər Qazaxıstan, Belarus və Serbiyanın prezidentləridir.

XS
SM
MD
LG