Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:37

ABŞ Putinin nüvə müqaviləsinə dair təklifini rədd edir


ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert C. O’Brien oktyabrın 16-da deyib ki, strateji hücum silahlarının məhdudlaşdırılmasına dair Yeni START müqaviləsinin müddətinin bir il müddətinə qeyd-şərtsiz uzadılması barədə Rusiya prezidenti Vladimir Putinin təklifi qəbul edilə bilməz.

Müşavir bildirib ki, Putin “qeyd-şərtsiz” deməklə Rusiyanın hazırkı nüvə cəbbəxanasına heç bir məhdudiyyət qoymayacağına işarə edir.

ABŞ bildirir ki, Rusiya bu yaxınlarda yeni tip nüvə silahları yaratdığını bildirib. Bunlardan biri də səsdən iti Avanqard nüvə raket blokudur.

Bu silah Yeni START müqaviləsinə daxil deyil. Belə görünür ki, Rusiya müqavilənin bu kimi silahların yaradılmasına məhdudiyyət qoyulmadan uzadılmasına çalışır.

Vaşinqton bunu tamamilə qeyri-məqbul hesab edir.

Putin ABŞ-a nüvə müqaviləsini ‘qeyd-şərtsiz’ olaraq bir il uzatmağa çağırıb

Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ştatlara iki ölkə arasında müddəti bitməkdə olan nüvə tərksilahı müqaviləsini qeyd-şərtsiz olaraq bir illiyinə uzatmağa çağırıb.

Bu müqavilənin etibarlığı gələn ilin əvvəllərində bitir. Putin deyib ki, onun təklifindən məqsəd müqavilənin uzadılması üçün danışıqlara imkan verilməsidir.

Putin bu barədə təklifin ABŞ tərəfinə çatdırılması üçün Rusiya Təhlükəsizlik Şurasının oktyabrın 16-da keçirilən iclasında xarici işlər naziri Sergey Lavrova tapşırıq verib.

Putinin bu təklifindən bir gün əvvəl Lavrov demişdi ki, Moskva, rəsmi adı Yeni START olan müqavilənin uzadılması üçün Birləşmiş Ştatlarla danışıqların heç bir perspektivini görmür.

Moskva təklifi rədd edib

2010-cu ildə Rusiya və ABŞ arasında imzalanmış bu müqavilə daha beş il müddətinə uzadıla bilər.

Lakin Rusiya ilə başqa nüvə silahı müqavilələrindən birtərəfli qaydada çıxmış ABŞ yeni razılaşmaya Çinin də qoşulmasını istıəyir. Pekin belə bir təklifə rədd cavabı verib.

Bu ayın əvvəllərində Rusiya və ABŞ Helsinkidə bu müqavilənin vaxtının uzadılmasın dair 11 saatlıq danışıqlarda olublar.

Bu danışıqlarda Vaşinqton bildirmişdi ki, ABŞ müqavilənin bir müddət üçün uzadılmasına razılıq verə bilər, lakin buna görə Rusiya özünün nüvə cəbbəxanasını dondurmaq şərtinə razılaşmalıdır.

Lakin Moskva bu təklifi dərhal rədd edib.

Seçki faktoru

Yeni START müqaviləsinin uzadılmasına dair məsələ ABŞ-da 3 noyabr seçkisinin ərəfəsinə təsadüf edir.

Bu seçkidə prezident Donald Trump-ın əsas rəqibi olacaq Joe Biden deyib ki, Yeni START müqaviləsi bütün gələcək nüvə silahı razılaşmaları üçün bünövrə rolunu oynaya bilər və bu səbəbdən də sənədin etibarlılıq müddətinin uzadılması mühümdür.

Müqavilə Joe Biden-in daxil olduğu Barack Obama hökuməti zamanı imzalanıb.

Oktyabrın 13-də bütün Avropa boyunca 75 millət vəkili Birləşmiş Ştatları bu müqavilənin müddətini uzatmağa çağırıb.

XS
SM
MD
LG