Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:58

Zamin Hacının polisə nə səbəbə çağrıldığı məlum oldu [yenilənib]


Zamin Hacı
Zamin Hacı

Polisdə Zamin Hacıya məsləhət veriblər

Satirik yazar Zamin Hacı noyabrın 28-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) Facebook statusuna görə çağırılıb.

Bunu jurnalistlə birgə BŞBPİ-yə gedən vəkil Elçin Sadıqov bildirib.

Vəkilin deməsinə görə, polisdəki bir saatadək davam edən görüşdə Zamin Hacıya məsləhət veriblər.

“Zamin Hacı Facebook-dakı statusuna görə, çağırılmışdı. Onunla Bakı şəhər Baş Polis İdarəsinin istintaq idarəsinin rəisi Nazim İsmayılov və Daxili İşlər Nazirliyinin bir əməkdaşı profilaktik söhbət etdi. Belə yazılar yazmamağı məsləhət bildilər”, vəkil bildirib.

Buna da bax:​ Zamin Hacı: "Kaş azərbaycanlıların hamısı Azərbaycanı İlham Əliyev qədər sevəydi"

Vəkil qeydinə görə, Zamin Hacıya aşağıdakı statusuna görə, irad bildirilib.

“Son 26 ildə Azərbaycanda törədilən qətl və terror hadisələrinə görə demək olar heç kim cəza almayıb. Bu hadisələrin qısa, indi yadıma düşən siyahısı: 20 yanvar, Xocalı, 20 noyabrdakı vertolyot terroru, Ziya Bünyadovun qətli, hərbi hava qüvvələrinin komandanı Rail Rzayevin qətli, jurnalist Elmar Hüseynovun qətli, yazıçı-publisist Rafiq Tağının qətli, və sairə (ardını şərhdə siz yazın)... Belə ölkədə necə sabitlikdən, dövlət quruculuğundan danışmaq olar, əgər bu cinayətlər cəzasız qalıbsa?”...

Status noyabrın 23-də yazılıb...

Buna da bax: Zamin Hacı. Azərbaycanın biabırçı oyuncaq statistikası

Vəkilin bildirdiklərinə Daxili İşlər Nazirliyindən, hələlik, münasibət almaq mümkün olmayıb.

* * *

Xatırladaq ki, jurnalist Zamin Hacı bu gün noyabrın 28-də Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) çağırılmışdı. Bu haqda jurnalistin özü məlumat verib.

Onun deməsinə görə, noyabrın 28-də saat 17:00-da BŞBPİ-də olmalıdır.

“Zəng vurub dedilər ki, istintaq idarəsinin rəisi sizinlə görüşmək istəyir. “Niyə görmək istəyir?”, “gələrsən, görərsən” – vəziyyət budur”, jurnalist yazıb.

O, rəsmi çağırış olmasa da idarəyə gedəcəyini bildirib.

Buna da bax:​ Deputat: 'Xeyr, bu sovet dövrünə qayıdış deyil...'

“Rəsmi çağırış vərəqi istəməyin mənası yoxdur – istəsələr küçədən sürüyüb apararlar, hələ belə mərifətli çağırırlar, sağ olsunlar”, Zamin Hacı bildirib.

Bununla belə jurnalist BŞBPİ-nə xitabən qeyd edib ki, bu çağırışların nəsə mənası olmalıdır.

“Hörmətli “qorotdel” sahibləri, mənim soyadım Çovdarov deyil, MTN və Rabitə Nazirliyində işləməmişəm, ofşor hesabım yoxdur, siqareti 3 il qabaq atmışam. Ümumiyyətlə zərərli vərdişlərdən uzağam, hər ay 170 kilometrə yaxın qaçıram. Bəs, o zaman məndən niyə əl çəkmirsiniz? Məqsəd nədir?”...

Buna da bax:​ Heykələ yazı yazmış gəncə 10 il verən hakim kimdir?

Zamin Hacı sonuncu dəfə oktyabr ayında polisə çağırılmışdı. Sərt satirik köşə yazıları ilə tanınan jurnalisti Bakı Şəhər Baş Polis İdarəsinin istintaq şöbəsində 1 saatadək sorğu-sual etmişdilər.

XS
SM
MD
LG