Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 21:35

Zaporojye AES işçilərilə bağlı iddialar: işgəncə, ölüm, oğurlanma...


Zaporojye AES-in girişi
Zaporojye AES-in girişi

"Enerhoatom" prezidenti Petro Kotin Almaniyanın "Funke" qəzetinə sentyabrın 8-də açıqlamasında bildirib ki, oğurlananların hara aparıldığını bilmir

Ukraynanın “Enerhoatom” atom agentliyinin rəhbəri ölkənin cənub-şərqində yerləşən Zaporojye AES-də Rusiya işğalçı qoşunlarını stansiyanın bir sıra ukraynalı işçilərinə işgəncə verməkdə və öldürməkdə, 200-ə yaxınını oğurlamaqda ittiham edib.

"Enerhoatom" prezidenti Petro Kotin Almaniyanın "Funke" qəzetinə sentyabrın 8-də açıqlamasında bildirib ki, oğurlananların hara aparıldığını bilmir.

Yoxlamalar

İttihamlar altı reaktorlu stansiyanın ətrafının atəşə tutulması və şəhərdə elektrik enerjisinin kəsilməsinin nüvə fəlakəti sarıdan beynəlxalq qorxuların güclənməsi fonunda səslənir.

Kotin bildirib ki, işğalçı qoşunlar zavodun işçilərini onların sədaqətini müəyyən etmək üçün yoxlamadan keçirir.

Onun sözlərinə görə, sui-istifadə halları minə yaxın işçinin Avropanın ən böyük atom elektrik stansiyasında işləməsini çox çətinləşdirib.

İşğaladək 11 min işçisi vardı

Zaporojye AES Moskva fevralın sonunda Ukraynaya səbəbsiz işğala başlayandan sonra ilk həftələrdə Rusiyanın nəzarətinə keçib. O vaxtadək zavodun təxminən 11 min işçisi var idi.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) bu həftə bildirdi ki, Zaporojyedə apardığı son təftiş orada "dözümsüz" vəziyyətin olduğunu göstərib. Agentlik "nüvə qəzasını önləmək üçün aralıq tədbirlərin görülməsinə təcili ehtiyac olduğunu" vurğulayıb.

Qurum həmçinin bildirib ki, Rusiya işğalçıları BMT-nin 14 müfəttişinə . nüvə stansiyasının bütün ərazilərinə giriş icazəsi verməyib.

Elektrik enerjisi kəsilib

Dnepropetrovsk vilayətinin qubernatoru və Zaporojye zavodunun yerləşdiyi Enerhodar şəhərinin meri Rusiya qüvvələrini sentyabrın 7-də atəşi bərpa etməkdə suçlayıb. Atışmanın brpası yaxınlıqda elektrik enerjisinin kəsilməsilə nəticələnib.

Enerhodarın meri Dmitro Orlov sentyabrın 7-də Telegram vasitəsilə bildirib ki, “indi elektrik enerjisinin verilişinin bərpasının vaxtını proqnozlaşdırmaq mümkün deyil”.

Ukrayna və Rusiya bir-birini zavod ətrafına atəş açmaqda və başqa təhlükəli fəaliyyətdə suçlayır.

Kiyev AES-in Ukraynanın nəzəarətinə qaytarılmasını tələb edir. Rusiya Prezidenti Vladimir Putinsə sentyabrın 7-də ukraynalıları “nüvə təhlükəsizliyinə təhdid” yaratmaqda ittiham edib.

XS
SM
MD
LG