Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:40

Zelenski ‘Putinin kirvəsinin’ əlləri qandallı fotosunu yayıb


Viktor Medvedçuk (SBU-nun yaydığı foto)
Viktor Medvedçuk (SBU-nun yaydığı foto)

Viktor Medvedçuk müharibədən əvvəl ev dustağı olsa da, fevralın 24-də, Rusiya müdaxiləsinin ilk günündə yoxa çıxmışdı

Ukrayna prezidenti Volodimir Zelenski özünün Telegram-kanalında Ukrayna Verxovna Radasının keçmiş deputatı Viktor Medvedçukun əlləri qandallı fotosunu yayıb.

Opponentlərinin rusiyayönlü hesab etdikləri Medvedçuk ev dustağı idi, amma Rusiya Ukraynaya hücum edəndə yoxa çıxmışdı.

Zelenski yazır ki, Medvedçukun həbsi əməliyyatını Ukrayna təhlükəsizlik xidməti - SBU həyata keçirib.

Prezident yazır ki, təfərrüatlar barədə az sonra məlumat veriləcək.

Sözü gedən fotoda Viktor Medvedçuk Ukrayna silahlı qüvvələrinin formasındadır, amma fotonun harda və nə vaxt çəkildiyi bilinmir.

Media Medvedçuku “Putinin kirvəsi” adlandırır, çünki Rusiya prezidenti keçmiş deputatın qızının xaç atasıdır.

Medvedçuk müharibədən əvvəl ev dustağı olsa da, fevralın 24-də, Rusiya müdaxiləsinin ilk günündə yoxa çıxmışdı.

Vətənə xəyanət

O ötən ilin oktyabrında vətənə xəyanətdə ittiham olunmuşdu. İstintaqın versiyasına görə siyasətçi qondarma “DXR” və “LXR” ərazisindən kömürün qaçaqmalçılığı ilə bağlı idi.

Ukrayna baş prokurorluğu bildirir ki, Medvedçukun Moskva ilə əlaqələri 2014-2015-ci illərdə Ukraynanın iqtisadi təhlükəsizliyini sarsıdıb.

Keçmiş prezident Petro Poroşenkoya qarşı da analoji itihamlar irəli sürülüb.

Medvedçuk bundan əvvəl Verxovna Radada ən böyük müxalifət fraksiyasına – “Həyat naminə müxalifət platforması” qrupuna rəhbərlik edirdi.

Opponentləri Medvedçuku Rusiyanın Krımı ilhaq etməsini və ölkənin şərqindəki moskvayönlü separatçıları dəstəkləməkdə ittiham edirlər.

Martın 20-də Ukraynanın Milli Təhlükəsizlik Şurası “Həyat naminə müxalifət platforması” fraksiyasının fəaliyyətinə xitam verib.

XS
SM
MD
LG