Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 09:56

SIPRI: Çin silah satışında Rusiyanı keçib


Çində keçirilən hərbi paradda yeni "gözəgörünməz" dron nümunəsi nümayiş etdirilir
Çində keçirilən hərbi paradda yeni "gözəgörünməz" dron nümunəsi nümayiş etdirilir

Stokholm Sülh Problemləri İnstitutunun (SIPRI) ekspertləri ilk dəfə olaraq Çin silah şirkətlərinin istehsalat həcmlərini qiymətləndirə biliblər.

Tədqiqat nəticəsində məlum olub ki, 2017-ci ildə Çinin dörd şirkəti Rusiyanın ən böyük 10 silah şirkətindən daha çox silah sata bilib.

SIPRI Çin və Rusiyanın silah istehsalındakı fərqi 16,4 milyard dollar olaraq göstərir.

Nəticədə Çin ABŞ-dan sonra dünyanın ikinci ən böyük silah satıcısı olub.

Ekspertlərin hesabatında deyilir ki, bu, hazırda Çin silah şirkətlərinin fəaliyyətini ən dəqiq qiymətləndirən tədqiqatdır.

Bundan əvvəl Çinin silah istehsalını məlumatların məxfiliyi üzündən qiymətləndirmək mümkün olmurdu.

Məhz bu səbəbdən də SIPRI ekspertləri maliyyə fəaliyyətləri açıq olan dörd Çin şirkətinin 2015-2017-ci illər üçün istehsalını araşdırıblar.

SIPRI bildirir ki, 2017-ci ildə ən çox silah istehsal edənlərin siyahısına 11 Amerika şirkəti başçılıq edir.

Daha sonra Avropanın 6, Rusiyanın 3 şirkəti gəlir.

Ekspertlər bildirirlər ki, əgər reytinq günü bugün tərtib edilsə idi, sözü gedən 4 Çin şirkətinin 3-ü siyahıdakı ilk onluğa daxil olmalıydı.

Dörd Çin şirkətinin 2017-ci il üçün silah satışının həcmi 54,1 milyard dollar təşkil edib.

SIPRI bunu da bildirir ki, Çin şirkətləri bilərəkdən öz istehsal həcmləri rəqəmlərini azalda bilərdi.

Beləliklə, SIPRI-nin məlumatına görə Rusiya qlobal silah istehsalında üçünü yerə düşüb.

Dekabr ayında institut bildirirdi ki, 2018-ci ildə Rusiya silah şirkətlərinin satışı 36, 2 milyard dollara enib.

Bu, qlobal silah bazarının 8,6 faizidir.

ABŞ sözü gedən müddətdə 246 milyard dollarlıq silah satıb.

Bu, dünya bazarının 59 faizi deməkdir.

XS
SM
MD
LG