Martın 22-i gecə saat 3-də Şəki şəhəri Rəsulzadə küçəsi, dalan 6, ev 8-də baş verən yanğın Zahid Bağırov, Qara Əliyev və Təyyar Həsənovun həyatına son qoyub. Mərhumlar Şəki pedoqoji məktəbinin tələbələri idilər.
Şəki Rayon Yanğından Mühafizə İdarəsinin rəisi Vüqar Bayramov «Turan» İnformasiya Agentliyinə bildirib ki, yanğınsöndürənlər bir neçə nəfəri xilas edərək xəstəxanaya çatdırıblar. Yanğının səbəbləri araşdırılır.